Kulinariya sahəsində yeni qurum yaradılıb

 

 

 

Bir qrup gənc mətbəx mütəxəssisinin təşəbbüsü ilə bu sahədə yeni qurum – Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası yaradılıb.

Assosiasiyanın təsisçiləri aşpazlar Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və bloger Fərhad Aşurbəylidir. Təşkilatın sədri Orxan Muxtarovdur.

Assosiasiyanın təsisçilərindən Fərhad Aşurbəylinin sözlərinə görə, məqsəd Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirməkdir. Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadıçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.4.