Kukla teatrı Cırtdanla balacaların görüşünə gəlir

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümə sentyabrın 15-də Cırtdan tamaşası ilə başlayacaq.

Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal HüseynovAslan Fətullayev ifa edəcək.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.3.