Üzeyir işığına kimlər yığışacaq?

 

 

 

(II yazı)

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının iştirakçı və qonaqları ilə tanışlığı davam etdiririk. Ötən sayımızda 18-22 sentyabr tarixinin simaları barədə oxuculara məlumat vermişdik.

Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyası bu dəfə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ixtiyarına veriləcək. Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsertdə digər Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə və ifası Bakı musiqisevərlərinə də tanış olan, hazırda Lüksemburqda yaşayan rusiyalı violonçelçi Alyona Bayeva çıxış edəcəklər.

 

Alyona Bayeva...

 

Qırğızıstanın şəhərində doğulub Qazaxıstanın Almatı şəhərində orta məktəbə gedən fitri istedadın sorağı Moskvaya çatanda görkəmli pedaqoq Eduard Qraç Alyonanı dinləyir və onun məsləhəti ilə ailə Moskvaya köçür. Aloyna əvvəlcə Mərkəzi Musiqi Məktəbində, sonra da Moskva Dövlət Konservatoriyasında E.Qraçın sinfində təhsil alır. 12 yaşında Almaniyada yeniyetmələr arasında beynəlxalq müsabiqədə qalib gəlir, 14 yaşında isə böyüklər arasında keçirilən T.Vronski adına violin ifaçılarının Beynəlxalq müsabiqəsində də birinciliyi əldən vermir. Təxminən on il ərzində qatıldığı bütün müsabiqələri qalibiyyətlə başa vuran Alyona dünyanın ən nüfuzlu orkestrləri ilə əməkdaşlıq edir, öz repertuarını davamlı olaraq zənginləşdirir.

Qara QarayevinSkripka ilə orkestr üçün konsertini öz repertuarına daxil etmiş, dahi bəstəkarın Bakıda və Moskvada keçirilmiş 100 illik yubiley konsertlərində bu əsəri ifa etmiş Alyona Bayeva deyir: “Bu konsertin üzərində işlədikcə onun musiqi dili səni valeh edir. Getdikcə daha çox görüb hiss edirsən, eşidirsən. Əslində, rabitəsiz sıralanmış kimi görünən notlar bir-birilə çox sıx bağlıdır. Dodekafoniyanın harmoniya qanunları fərqlidir. Onlar həm ritmi, həm də notun səslənişini əhatə edir. Qara Qarayevin tətbiq etdiyi cərgələrin texnikası, təkrarı klassik ənənədə məqbul sayılan ifadə üsulundan tamam fərqlidir. Sən bu təkrarları hər dəfə dinlədikcə, yeni bağlantılar, orkestrin səslənişində yeni mövzular tapırsan ki, bu ifaçı üçün çox maraqlıdır! Konsertin finalı hətta musiqidən uzaq dinləyiciyə də böyük zövq verir, parlaq təəssürat bağışlayır”.

XI festivalda isə Alyona Bayeva tamam yeni əsərlər ifa edəcək. İlk dəfə olaraq Bakıda R.Şedrinin Violin ilə simli orkestr üçün konser”ti (“Concerto Cantabile”) P.Hindemitin simli kvartet üçünMinimaxəsəri səslənəcək.

Sentyabrın 24-də “Silk Road” (“İpək Yolu”) orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində çıxış edəcək. Çinin Yunnan əyalətinin Kunmin Filarmoniya Orkestri çox gənc kollektiv olsa da, artıq öz adını xaricdə tanıdır. İlk konsertini 2017-ci il dekabrın 28-də vermiş orkestr elə İpək Yolunun keçdiyi ölkələri təmsil edən gənc istedadlı musiqiçilərdən ibarət beynəlmiləl kollektivi ilə yaddaqalan layihələrə imza atıb. Bu ilin iyun ayında Çində “Silk Road” ilə çıxış etmiş Əməkdar artist, dirijor Əyyub Quliyev bu dəfə Bakıda həmin orkestri idarə edəcək. Konsert proqramında Li Gi Minq, X.Peng, D.Şostakoviç, İ.Haydn, R.Ştraus kimi fərqli üslublu bəstəkarların əsərləri səslənəcək.

 

Solistlərə gəlincə...

 

Rusiyanın Xalq artisti, tanınmış violonçel ifaçısı, pedaqoq, vətənində daha çox Prezident Vladimir Putinin dostu, adamı, həm gənc musiqiçilərin xeyriyyəçi dostu kimi tanınan Sergey Roldugindir.

S.Roldugin 1980-ci ildəPraqa baharıbeynəlxalq müsabiqəsində üçüncü mükafatı qazandıqdan sonra daha çox konsert fəaliyyəti ilə məşğul olur. Rusiya, Almaniya, İsveçrə, İtaliya, Fransa, Finlandiya, Böyük Britaniya, Norveç s. ölkələrdə keçirilən nüfuzlu festivallarda çıxış edir. 2006-cı ildə öz təşəbbüsü ilə Sankt-Peterburqda yaratdığı Musiqi evinin bədii rəhbəridir. Hər il Rusiyada, Avropa ölkələrində, Cənubi Koreya Yaponiyada ustad dərsləri verir, milli beynəlxalq miqyaslı müsabiqələrdə münsif kimi iştirak edir.

Pianoçu Miroslav Kultışov Sergey Roldugin ilə birlikdə çox səhnələri bölüşüb. 22 yaşında P.İ.Çaykovski adına XIII Beynəlxalq müsabiqədə qalib gəldikdən sonra dünya şöhrətli pianoçu Nikolay Petrov Miroslav barədə demişdi: “Miroslav Kultışovu böyük, parlaq karyera gözləyir. O, Tanrı ilə danışmağı bacaran musiqiçidir”.

Miroslav Kultışov fortepiano simfonik orkestr üçün bəstələnmiş konsertləri ifa etməyi xoşlasa da, duet olaraq yalnız həyat yoldaşı, Çaykovski müsabiqəsində tanış olduğu yapon Mayuko Kamio ilə fortepiano violin üçün əsərlərdən ibarət konsertlərdə böyük şövqlə çıxış edir.

Yeri gəlmişkən, bu konsert proqramının üçüncü solisti soydaşımız, trubaçalan İsrafil Rəsulovdur.

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzi musiqisevərləri violonçel musiqisindən ibarət konsertə dəvət edəcək. Tanınmış violonçel ifaçısı, bolqar əsilli Veliçka Yoçeva Azərbaycanın Xalq artisti Murad Hüseynovun müşayiəti ilə İ.S.Bax, S.Frank, İ.Haydn S.Raxmaninovun əsərlərini ifa edəcək.

Veliçka Yoçeva ali təhsilini Moskvada alıb musiqi tənqidçilərinin fikrincə, təhsil illərində M.Rostropoviç S.Kozolupovun sayəsində formalaşmışrus məktəbi”nin ən yaxşı ənənələrini tədris metodlarını mənimsəyib. Aktiv konsert fəaliyyəti ilə məşğul olan Veliçka Yoçeva həm çox yaxşı pedaqoqdur. Öz biliyini həvəslə gənclərə öyrədən xanım Yoçeva bu ilin aprel ayında Bakı Musiqi Akademiyasında da ustad dərsi verib. Xanım Yoçeva ölkəmizə səfəri ilə bağlı sosial şəbəkədəki hesabında fotolar paylaşaraq, Azərbaycan bayrağının şəklinin yanındaBurada olmaqdan çox sevincliyəm!” kimi xoş sözlər yazıb.

 

O həm Gülçöhrədir, həm Silva!

 

Bütün operetta truppalarının repertuarında İmre Kalmanın əsərinin adının yazılması bir şərəf məsələsidir. Bizim Akademik Musiqili Teatr da istisna deyil. Bir neçə ildir ki, teatrın rus truppası AvropadaÇardaş kraliçası”, rusdilli teatr məkanında isə baş qəhrəmanın adı ilə “Silva” adlanan operettasını yenidən bərpa edib, müvəffəqiyyətlə oynayır. Lakin sentyabrın 27-də göstəriləcək tamaşanın fərqli özəl cəhəti budur ki, titul partiyanı Belarus Dövlət Akademik Musiqili Teatrının solisti, Belarusun Xalq artisti Marqarita Aleksandroviç ifa edəcək. Öz teatrının cari repertuarındakı 18 (!) tamaşada əsas qadın rollarını ifa edən xanım Aleksandroviç üçün Üzeyir bəyin adı heç məşhur xarici bəstəkar deyil. Belə ki, soprano səsli vokalçı-aktrisa 2010-cu ildə tamaşaya qoyulmuşArşın mal alanoperettasında Gülçöhrə rolunun əvəzsiz ifaçısıdır.

Səhnə fəaliyyəti ilə yanaşı, həm M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində vokal sənətində dərs deyən Marqarita Aleksandroviçlə səhnəni paylaşmaq gənc aktrisalar üçün xüsusilə faydalı olacaq.

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində isə Türkiyənin Çukurova Dövlət Simfonk Orkestri Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarəsi ilə çıxış edəcək. Yaşına görə Türkiyənin dördüncü simfonik orkestri olan Çukurova orkestri xaricdə yaxşı tanınır. Daha çox Avropa üslublu türk klassik musiqisinin təbliği ilə məşğul olan kollektiv Bakı konsertində A.Məlikovun, F.Əmirovun, Niyazinin, E.İnalın, Ü.C.Erkinin əsərlərini, həmçinin saz üçün yazılmış simfonik orkestr üçün işlənmiş bəstələri ifa edəcək. Solist türk xalq çalğı alətləri orkestr üçün yazılmış əsərlərin gözəl ifaçısı Murat Səlim Tokaç (tənbur) olacaq.

Elə əsərlər var ki, onları istənilən festival zamanı oynamaq mümkündür. Məsələn, A.Adanın “Jizelbaleti!... Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında “Jizelbaleti bir daha oynanılacaq. Həmin axşam tamaşadakı əsas partiyaları Əməkdar artist Nigar İbrahimova (Jizel) və Ukraynadan dəvət edilmiş beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski (qraf Albert) ifa edəcək. Stanislav Olşanskini Bakı tamaşaçısına geniş təqdim etməyə ehtiyac yoxdur. Dəfələrlə bizim teatrda çıxış etmiş, Bakı baletsevərlərinin sevimlisi sayılan Olşanskinin budəfəki ifasının uğurlu olacağına şübhəmiz yoxdur.

Nəhayət, ulduz kəhkəşanı ilə günlərin sonuncusu, festivalın bağlanış günü... Sentyabrın 30-da “Tembr. Kainat. Opera...” adı verilmiş konsert cavan ifaçılara parlaq çıxış etmək imkanı verəcək. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri gənc dirijor Mustafa Mehmandarovun idarəsi ilə çıxış edəcək.

Konsertdə beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), Cəbrail İdrisovÜmid İsrailov (Özbəkistan), Georgi Çelidze (Gürcüstan) ilə yanaşı, Azərbaycanın güclü səsləri İlham Nəzərov və Mahir Tağızadəni də dinləyə biləcəyik. Cövdət Hacıyevdən Hendelədək ən müxtəlif dövrdə yaşamış bəstəkarların əsərlərindən ibarət konsertdə çıxış edəcək vokalçıları bir məqam da birləşdirir: onların hamısı Bülbül adına Beynəlxalq müsabiqənin qalib laureatlarıdır.

 

***

 

Beləcə, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalının ifasını eşidib seyr edə biləcəyimiz qonaqları ilə sizi tanış etmək bizdən, festivalın proqramına salınmış konsert, tamaşa və tədbirləri seyr etmək, böyük musiqi bayramından zövq almaq isə sizdən.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.5.