Beynəlxalq Əlillər Günü ilə bağlı kitab sərgisi

 

Dekabrın 3-də Milli Kitabxanada 3 dekabr Beynəlxalq Əlillər Günü adlı kitab sərgisi açılıb.

Sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, dövlət tərəfindən onlara göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən Azərbaycan və digər dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.2.