Amerikalı qonaq BMA-da olub Gənclər Kamera Orkestrinin konsertini izləyib

  

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi iləBeynəlxalq təhsil həftəsiçərçivəsində ölkəmizə gələn ABŞ-ın Middlebury İnstitutunun Beynəlxalq təhsilin menecmenti departamentinin rəhbəri, professor Devid Vik Bakı Musiqi Akademiyasında olub.

BMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşdə ali təhsilin beynəlmiləlləşmə strategiyaları, ali təhsil müəssisələri arasında effektiv dayanıqlı tərəfdaşlıqların qurulması, mövcud tərəfdaşlıqların keyfiyyət qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.

Qonaq Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin (Baku Chamber Orchestra) Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertində iştirak edib.

Orkestrin bədii rəhbəri Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, direktoru BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır.

Konsert proqramında Bela Bartokun “Romanian Folk Dances”, Xəyyam MirzəzadəninMiniatürlər”, Bela Bartokun “Divertimento for String Orchestra” əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.4.