Qırğızıstanın şəhərində TÜRKSOY Daimi Şurasının toplantısı keçirilib

 

 

 

Noyabrın 30-da Qırğızıstanın şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 37-ci dönəm toplantısı və “Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

Tədbirlərə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

TÜRKSOY Daimi Şurasının toplantısında təşkilatın baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, İnformasiyaTurizm naziri Azamat Jamankulov, Azərbaycanın Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alp Aslan, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Nurkisa Dayeşov, Özbəkistanın Mədəniyyət nazirinin müavini Kamola Akilova, Türkmənistanın Mədəniyyət nazirinin müavini Qurbanmurad Mıradaliev, şəhərinin meri Taalaybek Sarıbaşov, TÜRKSOY-a üzv ölkələrdən gələn heyətlər, digər rəsmilər iştirak ediblər.

Nümayəndə heyətlərinin rəhbər şəxsləri iclasda çıxış ediblər.

Qırğızıstanın Mədəniyyət, İnformasiyaTurizm naziri Azamat Jamankulov iştirakçıları salamlayaraq qeyd edib ki, qədim şəhərinin il ərzində “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıması qürurverici haldır. O, il boyu həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov daTürk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu tədbirlər şəhərinin türk dünyasında və bütün dünyada daha geniş tanınmasına vəsilə olub.

Azərbaycan Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında TÜRKSOY-un qardaş xalqlar arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda TÜRKSOY mötəbər tədbirlərdə təmsil olunuronun fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən alqışlanır.

Nazir müavini vurğulayıb ki, TÜRKSOY-a üzv ölkələr üçün əlamətdar hadisələr qurum tərəfindən yüksək səviyyədə qeyd olunur. Azərbaycan və Türkiyənin təkliflərinə əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik və Aşıq Veysəlin anadan olmasının 125 illik yubileyləri münasibətilə 2019-cu il TÜRKSOY çərçivəsində xatirə illəri elan olunaraq silsilə tədbirlər təşkil edilib. “İmadəddin Nəsimi dünya dillərində” adlı kitab nəşr olunub, Bakı, Ankara, İstanbul, Türküstan və digər şəhərlərdə təqdimatı keçirilib.

İclasda TÜRKSOY-un fəaliyyəti, qurumun həyata keçirdiyi ənənəvi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda TÜRKSOY Daimi Şurasının 37-ci toplantısının qərarları və yekun Bəyannamə imzalanıb.

Özbəkistan Respublikasının Xivə şəhəri 2020-ci il üçünTürk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova Xivə şəhərinin növbəti il üçünTürk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə TÜRKSOY Daimi Şurasına təşəkkürünü bildirib. O, Böyük İpək Yolu üzərindəki bu şəhərin müxtəlif sivilizasiyalara tarixi məkan olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Orta əsrlər memarlığının bənzərsiz və möhtəşəm nümunələrinin yerləşdiyi Xivə şəhəri UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Mərasimdə Xivə şəhərinin təqdimatı ilə bağlı qısa filmnümayiş olunub.

 

2020 – “Abay Kunanbayevi anma ili

 

Artıq neçə illərdir ki, TÜRKSOY-un ənənəvi layihələrindən biritürk dünyasının görkəmli aydınlarının anma ilidir. TÜRKSOY Daimi Şurasının qərarı ilə 2020-ci il qazax şairi, maarifç və mütəfəkkir Abay Kunanbayevin (1845-1904) xatirə ili elan edilib. Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Nurkisa Dayeşov bu qərara görə TÜRKSOY Daimi Şurasına minnətdarlığını ifadə edib.

Tədbirin sonunda meri Taalaybek Sarıbaşov tərəfindən TÜRKSOY Daimi Şurası 37-ci dönəm toplantısının iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

***

şəhərinin 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə əlaqədar burada “TÜRKSOY dostluq abidəsi” də ucaldılıb.

Daimi Şuranın iclasından sonra tədbir iştirakçıları abidənin açılış mərasiminə qatılıblar. Dostluq abidəsində türk dövlətlərinin bayraqları və işbirliyi rəmzi (əl sıxma) əks olunub.

 

Xivə  – “Türk dünyasının mədəniyyət paytaxtı”

 

Daha sonra şəhərindəki Sultan İbrahimov adına Qırğız Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin bağlanış mərasimi olub. Mərasimdə Qırğızıstanın incəsənət nümayəndələri və türk dünyasının bir çox tanınmış sənətçiləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə “Türk dünyasının mədəniyyət paytaxtı”nın simvolu şəhərinin meri Taalaybek Sarıbaşov tərəfindən Özbəkistan heyətinə təqdim edilib.

Xatırladaq ki, TÜRKSOY-unTürk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.1;4.