Eksperimental Teatr Festivalı

 

18 tamaşa nümayiş olunacaq

 

Dekabrın 2-də Azərbaycan Teatr Xadimləri İttifaqında III Eksperimental Teatr Festivalının açılışı olub. Festival Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Açılışdan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Artıq üçüncü dəfədir ki, keçirilən festival çərçivəsində 18 tamaşanın nümayiş ediləcəyini deyən A.F.Nemətov bildirib ki, layihədə yalnız gənc aktyorlara meydan verilib: “Biz 10 ilə yaxındır ki, gənclərlə işi davam etdiririk. Düşünürük ki, daha istedadlı, bacarıqlı sənət adamları önə çıxsın. Biz təqdim olunan tamaşalar vasitəsilə öz istedadlarını göstərən gənclərin sonrakı vaxtlarda imkanlarını daha da genişləndirəcəyik”.

Diqqətə çatdırılıb ki, festivalda hər gün iki tamaşa nümayiş olunacaq. Səhnə əsərləri saat 14:00 17:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

Festivalın açılışını Gəncə Dövlət Kukla TeatrınınDüyməciktamaşası edib.

Rejissor Şamil Məmmədlinin quruluş verdiyi tamaşada rolları Səməd Xanməmmədov, Nərmin Şərifova və Nahidə Namazova ifa ediblər.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.5.