Şəkidən gələn Sevil

 

Şəki Dövlət Dram Teatrı Cəfər Cabbarlı həftəsinə böyük dramaturqun ən məşhur əsərlərindən birini Sevili gətirmişdi. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.

Sevil pyesinin budəfəki rejissor yozumu səhnədən tamaşaçı salonuna ünvanlanan ailənizin qədrini bilin, ey cavanlar ismarışıdır. Təcrübəsiz, savadsız Sevil ilə yad dəyərlərin təmsilçisi Dilbərin maraqlarının toqquşması Sevilin sonradan savadlanaraq, hətta kitab müəllifi səviyyəsinədək yüksəldikdən sonra da davam edir.

Onu da qeyd edək ki, Sevil obrazı 18 yaşlı aktrisa Zümrüd Əliyevanın debütüdür. Digər rollarda əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov və Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Lalə Məmməd, Arzu Mustafayeva, Fərahim Fətəliyev, Nazilə İmamhüseynovaAysun Mustafazadə çıxış edirlər.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.5.