Nəsimi irsi Ukrayna italyan dillərində

 

 

 

Azərbaycanın Ukraynadakı səfirliyinin Xarkov şəhərindəki İnformasiya Mədəniyyət Mərkəzində dahi şair İmadəddin NəsimininHaqq yolu mən özüm oldum( “È øëÿõîì Èñòèíè ïîñòàâ ÿ ñàì…”) kitabının təqdimatı keçirilib.

Kitab Ukraynada Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi üzrə nəşr edilib.

Xarkov Filarmoniyasının əməkdaşı Roman Bayraqdarın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan Ukrayna-Azərbaycan Dostluğu Cəmiyyətinin rəhbəri Murad Ömərov böyük şairin yaradıcılığı barədə fikirlərini bölüşüb.

Q.Skovoroda adına Xarkov Pedaqoji Universitetinin Dünya ədəbiyyatı kafedrasının dosenti Antonina Yakovlevanın Nəsiminin həyat yaradıcılığı haqqında məruzəsi dinlənilib.

SoydaşımızUkraynanın Xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov səfirliyin dəstəyi ilə Nəsiminin Kiyev şəhərində ucaldılan büstünün açılış mərasimindən UkraynadaNəsimi ili”ndə baş tutan digər tədbirlərdən bəhs edib.

Ukraynanın Əməkdar incəsənət xadimi Nina Suprunenko, “Memorial” ictimai təşkilatının fəxri üzvü Viktor Zubov, tanınmış qiraət ustası Lyusina Xvorostun ifasında Nəsiminin Ukrayna dilində qəzəlləri səsləndirilib.

Tədbirin sonundaDostluqcəmiyyətinin yetirmələri Nəsiminin qəzəlləri əsasında hazırlanmış musiqili kompozisiyaları iştirakçılara təqdim ediblər.

* * *

Nəsiminin irsindən daha bir kitab isə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun dəstəyi ilə İtaliyada işıq üzü görüb. Fondun İtaliyanınSandro Tetinəşriyyat evi ilə əməkdaşlığı çərçivəsindəNəsimi poeziyasıkitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli rübaisi daxil edilib.

Nəşr Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay ƏfəndiyevanınNəsimiəbədiyyət üfüqündə sevgi günəşiadlı ön sözü ilə açılır. Şeirləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena ReanınNəsimi işığıadlı məqaləsi nəşrdə yer alır.

Kitabın təqdimatının İtaliyanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabıdır. Keçən ilSandro Teti” nəşriyyat evi ilə birgə layihə əsasında “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı buraxılıb.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.8.