Opera ifaçılarımız Ufada

 

 

Ufa şəhərində Başqırdıstan OperaBalet Teatrında “Haydı, operaya” adlı qala-konsert keçirilib.

Konsert proqramında Azərbaycanın opera ifaçıları da çıxış ediblər.

Əməkdar artist İlham Nəzərov Q.F.HendelinYuli Sezar” operasından Sestonun ariyasını oxuyub. O, həmçinin SSRİ və Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin “Ave Mariya” əsərini Əməkdar artist Səbinə Əsədova ilə birlikdə ifa edib. İfaçılarımızın çıxışı böyük hərarətlə qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.8.