Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq

 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan edilmişNəsimi iliçərçivəsində silsilə tədbirlər davam edir. Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq.

Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz ƏlizadəninNasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub.

Əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunub. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblı, habeləNəsimi poeziyasıadlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.

Məşqləri davam edən “Nasimi passionvokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.2.