Xalça diyarına səyahət”

 

 

 

Dekabrın 7-8-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” adlı uşaq festivalı keçiriləcək.

Muzeyin Uşaq şöbəsinin 10 illiyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, kukla tamaşaları göstəriləcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq festivalda uşaqlar karnaval, “Transformers Bumblebeeşou sevinci yaşayacaq, müxtəlif hədiyyələr qazanacaqlar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyi, uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.2.