İstiqlal Muzeyində Hüseyn Cavidin xatirəsi anılıb

 

 

Dekabrın 5-də – böyük şair, dramaturq Hüseyn Cavidin (1882-1941) vəfatının ildönümündə Azərbaycan İstiqlal Muzeyində tədbir keçirilib.

Tədbirdə muzeyin şöbə müdiri Şərafət Məmmədova, ümummilli lider Heydər Əliyevin göstərişi ilə 1982-ci ildə Sibirdən Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı yaradılmış komissiyanın nümayəndə heyətinin rəhbəri Həmid Cəfərov çıxış ediblər.

Həmid Cəfərov tədbirdə iştirak edən qonaqları bu mövzuda maraqlandıran sualları  cavablandırıb.

Tədbirdə hərbçilər, filoloqlar, digər qonaqlar iştirak ediblər.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.2.