Vokalçıların respublika festivalı

 

 

 

17-24 dekabr tarixində ölkəmizdə ilk dəfə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının yeni layihəsi – klassik vokalçıların respublika festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkənin qabaqcıl musiqi kollektivlərinin müşayiəti ilə tanınmış vokalçıların, eləcə də istedadlı gənclərin ifasında müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında təqdim olunacaq.

Festivalın təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.1.