Çoxmillətli Gürcüstanda azərbaycanlıların təqdimatı

 

Azərbaycan milli adət-ənənələri Tbilisidə keçirilən Çoxmillətli Gürcüstan adlı tədbirdə nümayiş etdirilib. Gürcüstan Qadınlar Birliyinin təşkilatçılığı ilə Tbilisidəki Gənclər Sarayında keçirilən tədbirin məqsədi tolerantlıq və millətlərarası dialoqun təşviqi olub.

Mərasimdə Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri çıxış edərək özlərinə məxsus milli musiqi və mahnılar səsləndirib, mədəniyyət, adət-ənənə və mətbəx nümunələrini təqdim ediblər.

Gürcüstanda yaşayan azərbaycanlılar da toy adətlərini nümayiş etdiriblər. Gürcüstanın Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə tədbirdə milli toy ənənəsinə aid xınayaxdı mərasiminin bir hissəsi göstərilib, milli geyimlərdə yeniyetmə qızların ifasında şeirlər səsləndirilib. Birliyin üzvü aşıq Nargilə Mehdiyeva Laylay mahnısını ifa edib.

Tədbir çərçivəsində milli azlıqlara məxsus mətbəx, şirniyyat nümunələri, əl işləri, rəsmlər və digər maraqlı eksponatlar da sərgilənib. Azərbaycanlılara aid guşədə xalça nümunələri, milli alətlər, kəlağayı, rəsmlər, naxışlar, şəkərbura, paxlavaqoğal təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.3.