Miniatürlü əlyazmalar kataloqu

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundaMiniatürlü əlyazmalar kataloqu” nəşr olunub.

Kitabda institutun əlyazma xəzinəsində saxlanılan miniatürlü əlyazmalar, onların müəllifləri, köçürülmə tarixləri, digər özəllikləri barədə məlumat verilib. Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai və Füzulinin əsərlərinin əlyazmaları XV-XIX əsrlərə aiddir.

İnstitutda mühafizə olunan əlyazmalardakı nəfis rəngli miniatürlərin fotoşəkilləri də nəşrə daxil edilib.

Kataloqun müəllifi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

 

Mədəniyyət.- 2019.- 6 dekabr.- S.4.