Multikulturalizm Azərbaycanda həyat tərzidir”

 

 

Qusarda azsaylı xalqların folklor kollektivləri və ifaçıları çıxış ediblər

 

Dekabrın 5-də QusardaMultikulturalizm Azərbaycanda həyat tərzidiradlı regional festival keçirilib. Festivalda şimal regionunda fəaliyyət göstərən müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri ifaçılar çıxış ediblər.

Rayon Mədəniyyət Sarayında təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi folklor kollektivlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Festivalın əsas məqsədi ölkəmizdəki zəngin mədəni irsin, multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə rayonlararası mübadiləni gücləndirməkdir.

Tədbirdə çıxış edənlər multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər məcmusu olduğunu qeyd ediblər.

Bildirilib ki, Azərbaycanda, eləcə şimal rayonlarında müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Multikultural dəyərlər, ənənələr qorunub saxlanılır.

Festivalda, ümumilikdə, 20-yə yaxın müxtəlif azsaylı xalqa məxsus folklor kollektivləri və ifaçılar çıxış edib.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.5.