Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbir

 

 

Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Seyid Şuşinskinin 130 illiyi ilə bağlı Astara Musiqi məktəbində tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə məşhur xanəndə haqqında qısametrajlı filmə baxıblar.

Lənkəran Regional Mədəniyyət İdarəsinin məsul işçilərinin iştirak etdiyi tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müdiri Leyla İsgəndərova Seyid Şuşinskinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında Seyid Şuşinskinin repertuarından muğam və təsniflər ifa olunub.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.6.