Həqq söylərəm tamaşası təqdim olunub

 

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş Həqq söylərəm tamaşasının nümayişi olub.

Cəlilabad Mədəniyyət Mərkəzinin Xalq teatrının kollektivi tərəfindən hazırlanan tamaşa Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin həyatı, yaradıcılığı və ictimai fəaliyyətinə həsr olunub.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.5.