Kitabxanaların innovativ sistemlərlə təminatı günün tələbidir

 

 

Universitetlərarası kitabxana forumu keçirilib

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu təhsil ocağının Kitabxana İnformasiya Mərkəzi (KİM) tərəfindən Universitetlərarası I Kitabxana Forumu keçirilib.

28-29 noyabr tarixində gerçəkləşən forumun ilk günü Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəblərin rektorları, millət vəkilləri, aparıcı kitabxanaların rəhbərləri və digər qonaqların iştirakı ilə “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğrumövzusunda respublika elmi-praktik konfransı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş 2013-cü il 24 oktyabr tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir. Rektor təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini qeyd edib. Vurğulayıb ki, müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. Bir ildir fəaliyyət göstərən UNEC KİM-in fasiləsiz fəaliyyət göstərən kitabxanası Azərbaycan, türk, ingilisrus dillərində zəngin fonda, bir milyona yaxın elektron resursa çıxış imkanına malikdir. MDB məkanında Azərbaycanla yanaşı, bu tip kitabxanalara yalnız RusiyaUkraynada rast gəlmək mümkündür. Qafqaz universitetləri arasında isə ilk dəfə UNEC-də bu cür rejimli kitabxana yaradılıb.

Ədalət Muradov Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasının təsis olunmasını, universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsini və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanının yaradılmasını təklif edib. Eləcə də universitet kitabxanaları arasında kitab mübadiləsi sisteminin qurulmasının zəruriliyini bildirib.

Daha sonra çıxış edən millət vəkilləri – akademik Ziyad Səmədzadə və Fazil Mustafa, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov UNEC rektorunun təkliflərini, ümumiyyətlə, forumun təşkilini yüksək qiymətləndiriblər. Məruzəçilər cəmiyyətdə kitaba marağın artırılması üçün atılmalı olan addımlardan, bu işdə kitabxanaların üzərinə düşən məsuliyyətdən də danışıblar.

Çıxışlardan sonra UNEC-in 1 saylı kitabxanasının açılışı olub. Əvvəllər oxu zalı kimi fəaliyyət göstərən kitabxana hazırda açıq rəf üsulu ilə oxucuların istifadəsinə təqdim edilib. Kitabxanada iqtisadiyyatın müxtəlif sahələrinə aid kitab sərgisi açılıb. Universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə kitabxananın 1 yaşına həsr olunmuş fləşmob qonaqların marağına səbəb olub.

Daha sonraAkademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğrumövzusunda respublika elmi-praktik konfransı öz işini davam etdirib. Ali təhsil müəssisələrinin kitabxana rəhbərlərinin və aparıcı mütəxəssislərin iştirakı ilə akademik kitabxanaların XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və yeni hədəflər ətrafında diskussiyalar aparılıb.

Forum zamanı UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında peşəkar əməkdaşlığı, kitabxana-informasiya resursları və kitabxana işi sahəsində təcrübə mübadiləsini inkişaf etdirmək məqsədilə memorandum imzalanıb.

Forumun ikinci günündə UNEC-in Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyəti “İQuizintellektual klubunun birgə təşkilatçılığı ilə “Biliyin carçıları” mövzusunda ilk milli kvest yarışması keçirilib. UNEC-in tələbələrlə üzrə prorektoru Səadət Qəndilova çıxış edərək intellekt yarışmasının məqsədi və əhəmiyyətindən, tələbələrin həyatında kitabın, kitabxananın, biliyin rolundan danışıb. Yarışda “Səfəvi” (Texnologiyadizayn fakültəsi), “Xəlifə” (Ekspertiza və standartlaşdırma fakültəsi), “Ameteurs” (Maliyyə və mühasibat fakültəsi), “Green wich” (Maliyyə və mühasibat fakültəsi) adlı komandalar birincilik uğrunda mübarizə aparıb. “Ameteurs” komandası yarışın qalibi olub.

Yarışın ardından Kitabxana İnformasiya Mərkəzinin kitabxanasında iqtisadçı-ekspert Vüqar Bayramovun tələbələrlə görüşü keçirilib. O, ölkədə mövcud iqtisadi vəziyyət, dünya dövlətləri ilə müqayisədə Azərbaycanda neftqeyri-neft sektorunun inkişafı, xarici investorların ölkəyə cəlb edilməsi və s. kimi məsələlərdən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb. Sonda V.Bayramov tələbələrə imzalı kitablarını təqdim edib.

Universitetlərarası I Kitabxana Forumu çərçivəsində “TEAS Press” Nəşriyyat evinin endirimli kitab satış-yarmarkası da təşkil edilib.

 

Adilə ABDULLAYEVA

UNEC-in Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.6.