Transsibir festivalı Qara Qarayevin musiqisi ilə başlayacaq

 

Fransanın Lill şəhərində dekabrın 12-dən 14-dək keçiriləcək 6-cı Transsibir incəsənət festivalının (Trans-Siberian Art Festival) açılış mərasimində Qara Qarayevin Yeddi gözəl baletindən Vals səsləndiriləcək.

Festivalın direktorları tanınmış skripkaçı Vadim Repin dirijor Jan Klod Kasadesusdur.

2014-cü ildə Novosibirsk şəhərində skripkaçı Vadim Repin tərəfindən təsis edilmiş festival gənclərdən ibarət orkestrlərin təşviqi məqsədilə yaradılıb. Sonradan ABŞ-da, Yaponiyada, Cənubi Koreyada keçirilmiş festival bu dəfə Fransanın Lill şəhərində təşkil ediləcək. Məqsədi gənc musiqiçilər arasında körpü qurmaq, görüşlər keçirmək, paylaşmaq gəncləri təşviq etmək olan festivalda azərbaycanlı bəstəkarın da musiqisi ifa olunacaq.

Festivalın açılışında dahi bəstəkar Qara Qarayevin musiqisinin səsləndirilməsi səfirliyimizlə əməkdaşlığın bəhrəsidir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə Fransada film çəkilib. Filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu Reine Elizabeth Concours müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdünü səsləndirib. Film Fransanın bir çox kanallarında dəfələrlə nümayiş olunubklassik musiqini sevənlər tərəfindən rəğbətlə qarşılanıb. Mezzo klassik musiqi kanalında film vaxtaşırı yayımlanır ki, bu da azərbaycanlı bəstəkarın musiqisinə olan sevgini əks etdirir.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.1;5.