Ümummilli lider xatirələrdə”

 

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

Tədbirdə şəxsi heyətə ümummilli liderin fəaliyyəti haqqında məlumat verilib.

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadənin müəllifi olduğuDahi şəxsiyyət” adlı sənədli film nümayiş edilib.

Sonda hərbçilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.3.