Opera Balet Teatrında qala-konsert

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında dekabrın 7-də keçirilən  Viva opera” adlı qala-konsertdə teatrın aparıcı solistləri çıxış ediblər.

Qala-konsertdə xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, teatrın solistləri Nina Makarova, Taleh Yahyayev teatrın xor kollektivi iştirak ediblər.

Konsertdə C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne digər bəstəkarların əsərləri səslənib.

İfaçıları Əməkdar artist, OperaBalet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə simfonik orkestr müşayiət edib. Qala-konsert operasevərlər tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.3.