Balacaların Nəsimi ilinə töhfəsi

Dekabrın 7-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Buta körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə körpələr evi-uşaq bağçasının rəhbəri Günay Ağamalı, rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış ediblər. Çıxışlarda Nəsimi ili çərçivəsində ölkəmizdə onun hüdudlarından kənarda keçirilən silsilə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Sonra uşaqlar Nəsiminin dövrünü və yaradıcılığını əks etdirən kompozisiya göstərib, şairin şeirlərini Azərbaycan, ingilisrus dillərində səsləndiriblər. Sonda iştirakçılara Buta körpələr evi-uşaq bağçası tərəfindən diplomlar verilib.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.4.