Mirzə Şəfi 169 ildən sonra yenidən Almaniyada anılıb

 

 

ya bir daha böyük şairimizin Avropada necə tanınma(ma)sı haqqında

 

Xəbər verildiyi kimi, bu yaxınlarda Berlində – Humboldt Universitetində və  Azərbaycan Mədəniyyət Mərkəzində Xalq Bankın “Xalq əmanəti” silsiləsindən nəşr olunan Mirzə Şəfi Vazehin bütün əsərlərinin Azərbaycan, alman və rus dillərində üçcildliyinin təqdimatı olub. Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının müdiri Eva Maria Aux və Azərbaycan Dillər Universitetinin professoru, görkəmli germanşünas Fəxrəddin Veysəlli məruzə ilə çıxış ediblər.

Fəxrəddin Veysəlli səfərlə bağlı təəssüratlarını bizimlə bölüşdü:

Bu tədbirdən öncə biz Fridrix fon Bodenştedtin doğma şəhəri – Aşağı Saksoniyanın Payne şəhərinə gedib orada küçələrin birində F.fon Bodenştedtlə M.Şəfinin birgə barelyefinə gül dəstələri qoyduqF.fon Bodenştedtin ev-muzeyinə baş çəkdik. Təəssüf ki, muzeyin direktoru M.Utexti (Wecht) yerində tapa bilmədik. Bu həmin o adamdır ki, 2013-cü ildə mən onunla F.fon Bodenştedtin ev-muzeyində görüşmüşondan soruşmuşdum: “M.Şəfinin F.fon Bodenştedtə bağışladığı bağlamanın taleyi necə oldu?”.

Cavab vermişdi ki, o da “Şərqdə min bir günüçcildliyini oxuyub, bağlamadan xəbərdardır, ancaq arxiv açılanda “bağlamaF.fon Bodenştedtin sənədləri arasında tapılmayıb.

 

F.fon Bodenstedtin “Şərqdə min bir gün” trilogiyası bizim üçün nə ilə əlamətdardır?

Humboldt Universitetindəki və Mədəniyyət Mərkəzindəki çıxışımda qeyd etdim ki, M.Şəfi və F.fon Bodenştedt dostluğunu daha yaxşı başa düşmək üçün F.fon Bodenştedtin “Şərqdə min bir gün” trilogiyasının ikinci cildini oxumaq yetər. O, Azərbaycan dilini ona öyrətmiş M.Ş.Vazeh haqqında səmimi sözlər yazaraq onu istedadlı müəllim kimi təsvir edir. O, həmin üçcildliyin ikinci cildində yazırdı: “Mən özümə tatar dilindən (Azərbaycan dilindən) təcrübəli müəllim axtarırdım, çünki bu, bütün Qafqazda başa düşülən, vacib ünsiyyət vasitəsi idi, onu imkan daxilində tez öyrənmək olardı”. Bu, almanın yazdığı gerçəklikdir.

İranlı İ.Kehabi 1967-ci ildə F.fon Bodenştedt haqqında Kölndə yazıb müdafiə elədiyi dissertasiyasında qeyd edir ki, guya Azərbaycan dili Qafqazda geniş yayılmamışdı, guya bu dil Qafqazda ünsiyyət vasitəsi olmayıb, Volqaboyunda yaşayan tatarların dili olub. Daha sonra İ.Kehabi yazır ki, Qafqaz şəhəri Tiflisdə tatar dili tədris oluna bilməzdi, “çünki o dil türk dillərindən biri olsa da, Qafqazda danışılan dillərə aid edilə bilməzdi... Ona görə də o dili Rusiyanın başqa yerində məktəbdə öyrətmək üçün heç bir əsas yox idi”.

Təəssüflər olsun ki, muzeyin direktoru M.Utext bu barədə heçdemir, M.Şəfinin alman F. fon Bodenştedtə tatarfars dillərini öyrətdiyini tamam unudub. Bunlardan soruşan gərək, əgər Azərbaycan türkcəsi elə də yayılmış dil deyildisə, niyə Abovyan, Sayat Nova və başqaları bu dildə yazıb-yaradırdılar? Ümumiyyətlə, Nəsimi, Füzuli, Xətai və başqa mütəfəkkirlərin yazıb-yaratdıqları dilə bu qədər aşağılayıcı münasibət ancaq tarixdən xəbəri olmayan adamlar ifadə edə bilərlər. Böyük şair və mütəfəkkirləri – B.Marlinski, M.Y.Lermontov, A.fon Qaksthauzen, M.Falev və başqalarının yüksək dəyər verdikləri Azərbaycan türkcəsinə İ.Kehabi kimilərinin belə münasibəti heç bir əndazəyə sığmır.

XVIII əsrin ortalarında məşhur səyyah və folklorçu A.fon Qaksthauzen yazırdı ki, ermənilər əsərlərini öz dillərində yox, tatar dilində (Azərbaycan) yazırlar, çünki bu dil Qafqazın cənubunda xalqlar arasında informasiya, ticarət və qarşılıqlı anlaşma dilidir. Bu mənada onu Avropada fransız dili ilə müqayisə etmək olar.

F.fon Bodenştedt öz əsərində M.Şəfini geniş dünyagörüşünə malik, fəlsəfə, təbabət və poeziya ilə maraqlanan bir ziyalı kimi təsvir edir.

 

– Görünən odur ki, “Mirzə Şəfi nəğmələri” Avropada məşhur olduqca müəllifi həmişə danılıb…

– Mən məruzəmdə və Azərbaycan Mədəniyyət Mərkəzindəki çıxışımda vurğuladım ki, F.fon Bodenştedt 1874-cü il çıxışında və 1879-cu ildə öz yubileyində çap etdirdiyi kitabında belə bir etiraf edib: “Şeirlər formasına görə yox, ruhuna görə M.Şəfiyə minnətdardır”. Bundan sonra Avropanın xeyli dilinə tərcümə olunmuş, ilk nəşri 1851-ci ildə olan, 1893-cü ilə qədər 145 dəfə işıq üzü görən, bütövlükdə 169 dəfə nəşr olunan, cəmi 280 000 nüsxə çap edilən “Mirzə Şəfi nəğmələri”nə  maraq tamam öldü. Buna səbəb Fransanın dövlət katibi A.Berjenin Almaniyada nəşr olunan “Şərq Cəmiyyəti Jurnalı”nda F.fon Bodenştedt və M.Şəfi haqqında məqaləsi olub. Həmin məqaləsində A.Berje “Tiflisdə heç kəs M.Şəfini şair kimi tanımır” kimi fikirlər söyləyib.

Bu da ona Tiflisdə evində kirayədə qaldığı knyaz O.Tumanyanın təlqin etdiyi fikirdən qaynaqlanır. A.Berjenin “M.Şəfi adında şairya müəllim tanıyırmı?” sualının cavabında O.Tumanyan bildirib ki, bu şəhərdə heç kəs onu şair kimi tanımır. İnanmırsınız, gedin qəbiristanlığa. Orada heç başdaşına da rast gəlməzsiniz. Həmin fikri macar türkoloqu H.Vamberi özünün Leypsiqdə alman dilində çap olunanTürk xalqı etnolojietnoqrafik kontekstdə” kitabında vurğulayıb.

Mən məruzəmdə iki məqamı xüsusilə konfrans iştirakçılarının diqqətinə çatdırdım. Hər zaman olduğu kimi, Mirzə Şəfi düyününün dolaşıq salınmasında erməni hiyləsi mühüm rol oynayıb. Əvvəla, Gəncə xanı İbrahimin qızı Züleyxanın ad günündə şeirlər söyləyən 20 şairdən yalnız M.Şəfinin şeirinin onun xoşuna gəlməsi və kənizi, erməni qızı ilə M.Şəfiyə məktub göndərərək qaçırılmasını təklif etməsi, erməni Armikin Şamaxıya çatıb istirahət üçün dayandıqları yerdə Avar xanı Əhmədə xəbər göndərməsi və xanın adamlarının M.Şəfini arabanın dalına bağlayaraq Gəncəyə qədər sürüməsini F.fon Bodenştedt üçcildliyinin ikinci cildində M.Şəfinin sözləri əsasında ətraflı nəql edilir. İkinci məqam isə erməni knyazın “Tiflisdə M.Şəfi adında şairi tanıyan yoxdur” deməsidir. Müsəlmanların adətinə görə, məzarın üstündə qoyulan ağac parçası tezliklə itib gedir. Odur ki, Tumanyan bu faktdan istifadə edərək A.Berjeni və başqalarını asanlıqla aldadıb.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.7.