Yaradıcı sənaye regional inkişaf perspektivləri

 

  Xaçmaz rayon Mədəniyyət MərkəzindəYaradıcı sənaye regional inkişaf perspektivlərimövzusunda mədəniyyət işçilərinin müşavirəsi keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək dekabrın 9-da Bakı Konqres MərkəzindəKreativ Azərbaycanportalının (creative.az) təqdimatı Yaradıcı sənayelər: dayanıqlı inkişaf məşğulluq üçün yeni imkanlarmövzusunda keçirilmiş forum haqqında məlumat verib. İdarə rəisi yaradıcı istedadlı şəxslərin aşkar edilərək onlara lazımi dəstəyin göstərilməsinin onların tanıdılmasının vacibliyini vurğulayıb.

Mədəniyyət mərkəzinin direktoru Aqil Əlisultanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanovun mövzu ətrafında məruzələri dinlənilib.

Sonda idarə rəisi mədəniyyət müəssisələrində fəaliyyətin daha da yaxşılaşdırılması günün tələbləri səviyyəsində qurulması ilə bağlı tövsiyə tapşırıqlar verib.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.2.