Sənətkara qayğı xalqa qayğıdır

 

  Xalqımızın milli-mənəvi dəyərləri içərisində sənətkar meyarı xüsusi əhəmiyyətə və böyük nüfuza malikdir. Çünki xalqımız daim öz sənətkarlarını sevmişonlara hörmət, ehtiram bəsləmişdir.

Bu yerdə unudulmaz şairimiz Məmməd Rahimin misraları keçir fikrimdən:

Bizim yerdə bu adətdir əzəldən,

Hörmət olar sənətkara, sevgilim.

Bəli, bu artıq əsrlərin sınağından çıxmış və nəsillərə də örnək olan, ənənəyə çevrilən bir adətdir. Xalq və sənətkar vəhdəti. Bu vəhdətin bir neçə bağlayıcı amilləri var. Əvvəla, sənətkar olmaq üçün, Tanrının bəxş etdiyi istedadla yanaşı, özündaim axtarışda olaraq zəhmət çəkməli, sənətin sirlərini mənimsəyərək püxtələşib sənətdə öz yolunu tapmağı bacarmalısan. Bu da çox keşməkeşli, çətin və şərəfli bir yoldur. Bu yolda hər kəsin hər addımı da xalqın gözü qarşısında baş verir. Çünki hər bir sənətkarın yüksəlişi həm də onun xalq tərəfindən necə qəbul olunmasından asılıdır. Əgər sənətkar xalqın sərvətini öz sənətində yaşadainkişaf etdirə bilirsə, demək xalq onu sevəcək, dəyərləndirəcək və o da sənətin zirvəsinə yüksələcək.

Bu yerdə belə bir deyimdüşür yadıma: “Xalq sevsə sənətkarı, ona dağ bata bilməz”. Amma bu müdrik fikrə belə bir əlavə də etmək olar ki, elin, xalqın sevdiyi sənətkarı dövlət də qiymətləndirərək ondan öz diqqət və qayğısını əsirgəmir. Ustadımız Əlibaba Məmmədov kimi. Azərbaycan xanəndəlik sənətinin düz 70 ili onun adı ilə bağlıdır. 1949-cu ildən başlayan sənət yolu pillə-pillə yüksələrək ustadlıq zirvəsinə çatıb. Onu bu zirvəyə çatdıran xalq və sənətkar vəhdəti, sənətkarın xalqa, xalqın da sənətkara sevgisidir. Bu qarşılıqlı sevgini dövlətimiz də yüksək qiymətləndirib. Əlibaba Məmmədov yüksək fəxri adlara layiq görülüb. O, 1963-cü ildə “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2000-ci ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 2010-cu ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “İstiqlalordeni ilə təltif olunub. Prezident təqaüdçüsü, Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatçısıdır. Ustad sənətkar eyni zamanda Azərbaycan Milli Konservatoriyasının professorudur.

Əlbəttə, bütün bunlar xalqın sevimli sənətkarına dövlətin qayğısıdır. Bu qayğının daha bir bariz nümunəsini bu günlərdə ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva nümayiş etdirdi. Dekabr ayının 4-də Mehriban xanımın ustadın evinə gedərək onu ziyarət etməsi, sənətkara dövlət qayğısının yüksək təzahürü olmaqla bərabər, həm də xalqaonun milli sərvətlərinə olan sevginin, hörmətin ifadəsidir. Axı, sənətkar elə xalqın milli sərvətidir. Odur ki, sənətkara qayğı elə xalqa qayğı deməkdir. Mehriban xanımın Əlibaba Məmmədov sənəti haqqında söylədiyi fikirlər onun ustadın yaradıcılığına dərindən bələd olmasını əks etdirdi. Təbii ki, Azərbaycan muğam sənətinin müasir dövrümüzdə inkişafı, yeni çiçəklənmə və hətta, belə də deyə bilərik ki, 21-ci əsrdə muğamın intibah dövrü məhz Mehriban xanımın muğam layihələri sayəsində reallaşdı. Onun rəhbərliyi ilə həyata keçirilən “Muğam ensiklopediyası”, “Muğam irsi”, “Muğam antologiyası”, “Qarabağ xanəndələri” və bu kimi mühüm əhəmiyyət kəsb edən layihələr həm muğamı əbədi yaşatdı, həm muğamın yeni ifaçı nəsil tərəfindən ardıcıllarına yol açdı, həm də muğamı dünyada tanıdaraq bəşəri sənət kimi təqdim etdi. Mehriban xanım Əlibaba müəllimlə söhbətində bu tarixi xidmətlərinin həyata keçməsində ustadların, eləcə də Əlibaba Məmmədovun rolunu xüsusi qeyd etdi.

Ümumiyyətlə, Mehriban Əliyevanın ustad sənətkarı ziyarət etməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gözəl bir ənənənin davamı olaraq sənətkara olan yüksək qayğı və diqqətin bariz nümunəsidir. Eyni zamanda bu görüş xalqımızın milli adət-ənənəsinə istinadən böyüyü, ağsaqqalı, müdrik bir insanı ziyarət etmək baxımından bugünkü nəslə örnək olan bir əməldir. Bu görüş həmçinin gənc sənətçilər üçün ustadlığın nə demək olduğunu ifadə edən bir əməldir. Yəni əgər kim gələcəkdə belə bir diqqətə və hörmətə layiq olmaq istəyirsə, gərək Əlibaba müəllim kimi ustad olmağa çalışsın.

Bu görüşün daha bir əlamətdar tərəfi isə xalqa olan hörmət və məhəbbətdir. Yəni ki, xalqın sevdiyi sənətkar heç vaxt dövlətin diqqətindən kənarda qalmır. Əlbəttə, dövlətimizin bütün sənətkarlara göstərdiyi qayğı və diqqət deyilənlərin bariz nümunəsidir. Mehriban xanımın ustadımız Əlibaba müəllimlə görüşü bütün sənətkarlarda, eləcə də sənətsevərlərdə də xoş bir ovqat yaratdı, onların sənət eşqini daha da rövnəqləndirdi. Bu barədə ustadın da təəssüratlarını qələmə almaq üçün ona zəng etdim. Müraciətim də həmişəki kimi oldu.

Bu yerdə qısa bir haşiyəyə çıxmaq istərdim. Atam, respublikanın Əməkdar artisti Təhmiraz Şirinov uzun illər Əlibaba müəllimin rəhbərlik etdiyiHumayunxalq çalğı alətləri ansamblında işləyib. Odur ki, mən də Əlibaba müəllimi elə uşaq yaşlarımdan tanımışam. O, daim ailəmizin sevimlisi olub. İlk yaradıcılıq addımlarımda Əlibaba müəllim mənə çox məsləhətlər verib. Mən də daim ustadın yaradıcılığını izləmişəm. 2015-ci ildə onun haqqında “Bizim ustad” kitabını yazarkən tez-tez görüşür və demək olar ki, hər gün telefonla danışırdıq, müraciətimiz də məhz belə olurdu:   

  Əmican, salam.

Salam, mənim balam və səni saxlasın kəlam – deyən Əlibaba müəllimin telefon xəttində xoşgümrah səsini eşidib daha da sevinclə soruşdum.

– Əmican, televiziya ekranından maraqla izlədiyimiz o görüşlə bağlı təəssüratlarınızı necə ifadə edərdiniz? 

– Hə, mənim balam, doğrudan da, bu mənim üçün Tanrı tərəfindən bəxş olunan böyük bir xoşbəxtlikdir. Çünki bu gün ölkəmizin inkişafı, dünya dövlətləri ilə siyasi, mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan böyük işlər, xalqımızın rifahının daha da yaxşılaşması, Azərbaycanımızın hər bir guşəsinin daha da abadlaşdırılması və daha neçə-neçə belə böyükvacib işlərin həyata keçirildiyi bir vaxtda ölkəmizin Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın öz vaxtını ayırıb mənimlə şəxsən maraqlanması mənim üçün çox böyük hörmətdir. Bu qayğı və diqqəti heç bir sözlə ifadə edə bilmirəm. Həm Mehriban xanımın, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil Azərbaycanımızın inkişafı, xalqımızın, dövlətimizin rifahı naminə gördükləri işlərin böyük tarixi əhəmiyyəti var. Əminəm ki, onların bütün xidmətləri gələcək nəsillərə bəxş olunan dəyərli tarixi yadigarlardır. Onlara olan ürəyimdəki minnətdarlıq hissinibu görüşünxoş təəssüratlarını sözlə deməyə bəlkə də çətinlik çəkirəm. Çünki elə yüksək məqam var ki, orada sözaciz olur. Mən bütün varlığımla cənab Prezidentimizə və Mehriban xanıma sonsuz minnətdarlığımı bildirirəm. Mənə göstərdikləri bu qayğı və diqqəti də elə xalqımıza olan qayğı hesab edirəm. Çünki məni Əlibaba kimi yetişdirən və sənətkar kimi sevən xalqım var. Daim sənətə və  sənətkarlara dəyər verən xalqımız və dövlətimiz var olsun.

Bəli, elə biz də ustadımızın bu minnətdarlıq hissi ilə söylədiyi fikirlərinə qoşuluruq. Xalqımızın milli sərvətlərinə, o cümlədən musiqi sənətinə və sənətkarlara göstərdikləri qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlığımızı bildiririk.

Bu son cümlələri yazarkən daha bir xoş xəbər sanki fikirlərimə yeni bir rəng qatdı. Bu da Prezident İlham Əliyevin ustadımız Əlibaba Məmmədovun 90 illik yubileyinin keçirilməsinə dair sərəncamı oldu. Əminik ki, bu sərəncama əsasən keçirilən yubiley tədbirləri mədəniyyət tariximizin səhifələrinə həkk olunaraq ustadın da həyat və yaradıcılıq yolunun daha bir zirvəsi olacaq.

Səadət TƏHMİRAZQIZI

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.4.