Heydər Əliyev Azərbaycan musiqisi

Ulu öndərin musiqi mədəniyyətimizə qayğısından söz açıldı

 

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ulu öndərin vəfatının 16-cı ildönümü münasibətilə Heydər Əliyev Azərbaycan Bəstəkarlar İttifaqı mövzusunda konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ulu öndər Heydər Əliyevin dövlətimiz xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycan bəstəkarlarına göstərdiyi diqqət qayğıdan danışdı. Bildirdi ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bəstəkar musiqişünaslara qayğı ilə yanaşıb. Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, musiqilərinin səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi.

Onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ- deyil, dünyada tanındı. Neçə-neçə bəstəkarımız SSRİ Xalq artisti adına layiq görüldü. İttifaqın ən yüksək orden medalları ilə təltif olundular. Üç böyük bəstəkarımız Qara Qarayev, Niyazi Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldülər.

Qeyd olundu ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı ilə bağlı xatirələrini bölüşdü. Ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışını hələ unutmadığını dedi. Qeyd etdi ki, Heydər Əliyev bəstəkarlarla görüşündə simfonik musiqi janrlarının əhəmiyyətindən söz açarkən demişdi: Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər əsasında siz daha yüksəklərə qalxasınız, proqramlı musiqi əsərlərini daha çox yazasınız. Bir çox bəstəkarlarımız simfoniya yaradıcılığında doğru yoldadır, təcrübə, vərdiş qazanmışlar əminik ki, bizə yeni kamil əsərlər verəcəklər.

Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva ulu öndərin görkəmli mədəniyyət incəsənət xadimləri ilə dostluğundan, sənətə verdiyi qiymətdən danışdılar. Eyni zamanda Azərbaycan bəstəkarlarının Heydər Əliyevə həsr etdikləri bir-birindən dəyərli əsərlərdən söz açıldı. Bildirildi ki, bu əsərlər arasında Cövdət Hacıyevin 8 saylı simfoniyası, Arif Məlikovun Əbədiyyət adlı simfoniyası, Vasif Adıgözəlovun Azərbaycan kantatası, Ramiz Mirişlinin Məşəl kimi yanan ürək odası, Sərdar Fərəcovun Böyük vətəndaş haqqında odası, Vasif Allahverdiyevin Ömür yolu simfonik poeması digər əsərlər yüksək ideya-sənətkarlıq məziyyətləri ilə seçilir.

Çıxışlardan sonra bəstəkarlar Lalə Cəfərova, Rüfət Ramazanov, İlahə İsrafilova və Azad Zahidin Əbədiyaşar Heydər, Əsrin dahisi, Sən dahisən və İlhamlı günləri Azərbaycanın adlı musiqi nömrələri səsləndi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.-13 dekabr.- S.1;3.