Qəlbimin nəğmələri adlı konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın Qəlbimin nəğmələri adlı konserti keçirilib.

Tədbirdə müğənni ilə bərabər sənət dostları Muğam televiziya müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın xalq çalğı alətləri orkestri, Cavad Tağızadə və Bakı Musiqi Akademiyasının kamera orkestri, beynəlxalq müsabiqələr laureatı Vüsalə Babayeva səhnəni bölüşüblər.

Bir-birindən maraqlı ifalarla zəngin gecədə müxtəlif janrlarda mahnılar səslənib. Proqrama xalq mahnıları, estradaklassik əsərlər daxil edilmişdi. Müğənnini Əməkdar artist Malik Mənsurovun rəhbərliyi ilə Naz-nazı xalq çalğı alətləri ansamblı müşayiət edib.

Repertuarında olan gözəl mahnıları təqdim edən ifaçının sənət dostları ilə birgə çıxışları alqışlarla qarşılanıb. Sonda Murad Sadıx konsertin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

 

Lalə

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.3.