Şəxsiyyət və zaman

Xalq yazıçısı Elmira Axundovanın rus dilində nəşr olunan Heydər Əliyev. Şəxsiyyət və zaman ( . ) üçcildlik roman-tədqiqatının təqdimat mərasimi dekabrın 11-də Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən kitabın müəllifi Elmira Axundova bu layihənin həyata keçirilməsinə 2003-cü ildə Heydər Əliyevin öz xeyir-duası ilə başladığını, 2013-cü ildə isə başa çatdırdığını bildirib. O deyib ki, layihə əvvəlcə üçcildlik formatda nəzərdə tutulmuşdu, lakin sonradan altıcildlik roman-tədqiqata çevrildi. Bu illər ərzində əsər bir neçə ölkədə, ingilis, macar, türk, tacik, rus dillərində işıq üzü gördü. Bu, ikinci nəşrdir. Əsər Ukraynagürcü dillərinə də tərcümə olunubçapa hazırlanır. Roman-tədqiqat arxiv sənədləri və rəsmi sənədlər, ümummilli liderin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, təqdim olunan kitab görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş ən mükəmməl bioqrafik roman-epopeyadır. Bu roman-epopeyanın ümumiləşdirilmiş, ixtisar olunmuş, əslində yenidən işlənmiş variantı olan üçcildlik o qədər yaradıcı düşüncə əsasında hazırlanıb ki, kitabda nəyinsə ixtisar olunmasını hiss etmək mümkün deyil.

Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, üçcildlik ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Üçcildliyin ərsəyə gəlməsində yaxından dəstək olan xaricdə yaşayan həmvətənimiz, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Qilalov vurğulayıb ki, bu, çox sanballı əsərdir, onu diqqətlə oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır.

Qeyd edək ki, üçcildliyin birinci kitabı (Hakimiyyət yükü altında ) ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında məxsusi və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. İkinci kitab (Kreml beşilliyi ) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi beş ili əhatə edir. Üçüncü cilddə (Qayıdış ) ulu öndər Heydər Əliyevin 1990-cı ildə Vətənə, üç ildən sonra isə siyasi olimpə qayıdışından bəhs edilir.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.5.