Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

– Əbülfəs müəllim, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərən Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət məsələlərinə də böyük diqqət göstərib, xalqımızın mədəni dəyərlərinin qorunmasını və inkişafını vacib məsələlərdən biri kimi qiymətləndirib. Sovetlər dönəmində də milli özünüdərkin, özünəqayıdışın əsası məhz Ulu öndərimiz tərəfindən qoyulub ki, burada tarixi, milli mədəniyyətimizin qorunması əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik...

Bu gün tarixi məsafədən baxarkən əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində əvəzolunmaz iz qoymuş, mühüm xidmətlər göstərmişdir. Heydər Əliyevin qoyduğu mirası kimləsə müqayisə etmək mümkün deyil. Çünki Heydər Əliyev öz-özlüyündə bir rəmzə çevrilib. Bu rəmz Azərbaycan xalqının milli, mənəvi, siyasi, iqtisadi, tarixi və gələcəyin amallarını özündə birləşdirən bir rəmzdir. Ona görə də Heydər Əliyev irsi, siyasi kursu bu gün əks-səda verirbu amil onun əvəzolunmazlığını sübut edir.

Ulu öndər Heydər Əliyev bütün sahələr üzrə ölkəmizin inkişafında çox böyük mexanizm qurmuşinkişafa böyük təkan vermiş insandır. Azərbaycan xalqının dövlətçilik tarixində çoxlu sayda hökmdarlar, sərkərdələr, müxtəlif dövrlərin müxtəlif xüsusiyyətlərinə uyğun olaraq çox önəmli işlər görmüş xadimlər olub. Biz onlarla fəxr edirik. Lakin biz artıq müasir dövrdə yaşayırıq və müasir tariximizin təhlili onu göstərir ki, 1969-cu ildən etibarən Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra xalqımızın, dövlətimizin və cəmiyyətimizin quruluşunda, təfəkküründə yeni bir mərhələ başladı.

Ümummilli lider Heydər Əliyevin respublikamızın rəhbərliyinə gəlişi ilə iqtisadiyyat görünməmiş dərəcədə inkişafa doğru irəliləməyə başladı, kənd təsərrüfatı rekord göstəricilər qazandı. Pambıqçılıq, üzümçülüks. sahələr əhəmiyyətli dərəcədə inkişaf etdi, yeni-yeni müəssisələr yaradıldı. Azərbaycan artıq təkcə neft istehsal edən respublika kimi yox, bütün sahələri inkişaf etdirən respublikaya çevrilməyə başladı. Bugünkü dinamik inkişafımızın təməli də o dövrdə qoyulub. Fikrimcə, bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan, demək olar ki, özünü 100 faiz təmin etmək iqtidarında olan dövlətə çevrilir.

 

– Həmin dövrdə iqtisadiyyatın inkişafı ilə yanaşı mənəvi dəyərlər amilixüsusi diqqət mərkəzində idi...

Sözsüz ki, bu hərtərəfli inkişafın fonunda mənəvi proseslər olduqca vacib yer tutur. O vaxt iqtisadiyyatın inkişafı ilə bağlı olan müşavirələrdə mütləq tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. bu insanların yeni mühitdə qəhrəman əməyi, zəhməti artıq ədəbiyyatda, rəsm əsərlərində, musiqidə öz əksini tapmağa başladı. Bununla da cəmiyyətin ziyalı təbəqəsi, daha mütərəqqi və təhsilli olan təbəqə bu əməyi yeni nəzər-nöqtəsində təqdim etməyə başladı. Bütün bunların ideya müəllifi isə Ulu öndər Heydər Əliyev idi. Heydər Əliyevin sayəsində bu qəhrəmanlar teatr səhnələrinə gətirilirdi. Eləcə də həmin qəhrəmanlar haqqında musiqi əsərləri yaradılırdı, rəsm əsərlərində, fırça ustalarının yaradıcılığında əmək qəhrəmanları əksini tapırdı. Təbii ki, bunların hamısı vahid siyasətin axını idi. Heydər Əliyev bununla Azərbaycan xalqının təfəkküründə yeni bir anlayışları, kriteriyaları formalaşdırmağa başladı. Mən bu məsələlərə fəlsəfi mənada baxıram. Çünki cəmiyyətdə bu əməyə yeni formada baxaraq onun dəyərini bilməyə başladılar. Bununla da həmin zəhmətkeş insanların əməyinə həm ictimaiyyət, həm də dövlət tərəfindən yeni bir münasibət çalarları öz əksini tapırdı.

Ulu öndər Heydər Əliyev həmçinin insanların əməyinin dəyərləndirilməsinə xüsusi önəm verərək onu vahid siyasət çərçivəsində həyata keçirirdi. Bilirsiniz ki, sovetlər dövründə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında bizim çoxlu əmək qəhrəmanlarımız var idi. Və həmin insanlar Heydər Əliyevin sayəsində keçmiş SSRİ-nin ən yüksək orden və medalları, dövlət mükafatları ilə təltif olundular. Məsələn, keçmiş ittifaq miqyasında xeyli sayda azərbaycanlı Sosialist Əməyi Qəhrəmanı var idi.

Buna paralel olaraq həmin zəhmətkeşlərin əməyini öz yaradıcılığında əks etdirən Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının əməyi də yüksək dəyərləndirilirdi. Onlar da keçmiş Sovet İttifaqı miqyasında ən yüksək orden və dövlət mükafatları ilə təltif olunurdular. Bütün bunlar, sözsüz ki, bilavasitə Ulu öndər Heydər Əliyevin xidməti idi. Biz bu gün Bakı şəhərini gəzərkən Fikrət Əmirovun, Rəşid Behbudovun, Qara Qarayevin və digər yaradıcı insanların heykəllərini görürük. Bu qəhrəmanlar hələ o vaxt Sovet İttifaqının ən uca zirvəsində durmuş insanlar idi.

 

Ulu öndər Heydər Əliyev sovetlər dönəmində də Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirib. Sizcə, bu amili şərtləndirən səbəblər nə idi?

Bu, çox vacib məqam idi. Məsələ ondan ibarət idi ki, Heydər Əliyev gənc nəslin yüksək biliklər qazanmasına, milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Biz bəlkə də bunun əhəmiyyətini sonradan dərk etməyə başladıq. Amma onun birinci hakimiyyəti dövründə minlərlə gəncimiz keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərildi. Gənclər daha çox o ixtisaslar üzrə təhsil almağa göndərilirdi ki, o sahələrdə Azərbaycanda mütəxəssis çatışmırdı.

Eyni zamanda rəssamlıq akademiyalarına, musiqi akademiyalarına, ədəbiyyat institutlarına da gənclər təhsil almağa göndərilirdi. Bunların hamısı Azərbaycan yaradıcı insanlarının əməyinin müasir çərçivədə həyata keçirilməsinə zəmin yaratdı. Heydər Əliyev də həmin insanları, bütövlükdə yeni təfəkkürü, yeni düşüncə tərzini müdafiə edirdi. Azərbaycanın müstəqillik ideyalarını sovetlər dönəmində ortaya qoymaq çox çətin idi. Amma bununla belə əsərlər yazılırdı, rəsm əsərləri yaradılırdı, tamaşalar səhnələşdirilirdi. Heydər Əliyev bu teatr tamaşalarında iştirak edərək həmin insanların yaradıcılığına böyük dəyər verirdi. Bütün bunlar onların yaradıcılıq prosesinə çox müsbət təsir göstərirdi. Heydər Əliyevin gücübunda idi.

Müstəqillik dövründə isə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni çağırışlarla müşayiət olunurdu. Bu dövr Azərbaycanı müstəqil dövlət kimi dünyada tanıtmaq, Azərbaycan xalqının yaradıcı potensialını gücləndirmək təkcə keçmiş Sovet İttifaqı məkanında deyil, bütövlükdə dünya miqyasında Azərbaycanın qədim tarixini, müasir mədəniyyətini təbliğ etmək, beynəlxalq səviyyədə gedən prosesləri diqqətə almaqla bu sahənin inkişafını təmin etməklə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev bu məsələlərə ciddi nəzarət edirdi.

Bilirsiniz ki, hələ sovetlər dönəmində UNESCO səviyyəsində Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 600 illik yubileyi keçirildi. O vaxta qədər Azərbaycanın adı həmin təşkilatda yox idi. Düşünürəm ki, Heydər Əliyevin sayəsində UNESCO səviyyəsində keçirilən həmin tədbir məhz bu günümüz üçün də zəmin yaratmış oldu. İndi Azərbaycan UNESCO çərçivəsində özünəməxsus yer tutur, Azərbaycanın tarix, mədəniyyət nümunələri bəşəriyyət tərəfindən qorunan abidələr kimi qəbul olunub. Amma bütün bunlar üçün zəminin yaradılması, bünövrənin formalaşdırılması o vaxt Heydər Əliyevin başladığı siyasət idi. Ümummilli liderimiz Heydər Əliyev çox tələbkar, qüdrətli rəhbər, uzaqgörən strateq olaraq bütün bunların hamısını görürdü.

Eyni zamanda Heydər Əliyev insani keyfiyyətlərlə çox zəngin bir insan idi. O, yaradıcı insanlar arasında bəzən ortaya çıxan problemlərin, ziddiyyətlərin nə qədər böyük ustalıqla, səbirlə və peşəkarlıqla həll edilməsinə kömək göstərirdi. Eləcə də onların yaradıcılıq prosesinə ciddi dəstək göstərirdi, sosial məsələlərinin həlli ilə yaxından məşğul idi. Bütün bunlarla yanaşı Heydər Əliyevin yaradıcı insanlarla şəxsi münasibətləri də yüksək səviyyədə idi.

 

Ümummilli lider Heydər Əliyevin yüksək etimad göstərdiyi şəxslərdən biriSiz olmusunuz...

– Xoşbəxtəm ki, 1994-cü ildən etibarən Ulu öndər Heydər Əliyevlə çalışmışam, onun tərəfindən Gənclər və İdman naziri təyin olunmuşam. Bu mühüm vəzifənin mənə tapşırılması mənim üçün çox böyük sınaq, məktəb və etimad idi. Mən bu etimadı heç vaxt itirən deyiləm. Çünki Heydər Əliyev məktəbini uğurla keçmiş insan heç vaxt bu məktəbi yaddan çıxarmayacaq.

Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclər hərəkatının formalaşdırılmasında, demokratik inkişafın təmin edilməsində misilsiz xidmətlər göstərib. Bütün bunların hamısı gözümüzün qarşısındadır. O vaxt gənclər hərəkatında təmsil olunan insanlar bu gün müxtəlif vəzifələrdə çalışırlar, müxtəlif ictimai hərəkatlara rəhbərlik edirlər və s. Mən fəxr edirəm ki, Heydər Əliyevin siyasətinin həyata keçirilməsində zərrə qədər də olsa, payım var. Bu mənim üçün çox böyük şərəfdir.

 

– Mədəniyyət xadimlərimiz Ulu öndərlə bağlı xatirələrini bölüşərkən birmənalı şəkildə onun yüksək diqqət və qayğısını vurğulayır, yeni dövrdə mədəni intibahımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirirlər. Bu fikirlərin ifadə etdiyi, söykəndiyi başlıca həqiqətlər nədən ibarətdir?

Ümummilli lider Heydər Əliyev çox dərin biliyi, dünyagörüşü, təfəkkürünün zənginliyi ilə həmişə yaradıcı proseslərə maraq göstərib. Bu ondan irəli gəlir ki, Heydər Əliyev görürdü ki, hər bir insan hansı yerdə müvəffəqiyyət əldə etmək istəyirsə, əgər xalq inkişaf etmək istəyirsə mütləq yaradıcı qabiliyyəti yüksəlməlidir. Heydər Əliyev bu amilə önəm verməklə məhz yaradıcı insanların keyfiyyətini yüksəldirdi və bununla da bütün cəmiyyətə təsir göstərirdi. O çox müdrik siyasətçi idi. Zaman keçdikcə biz Heydər Əliyevin böyüklüyünü daha dərindən dərk edəcəyik və onun müəyyənləşdirdiyi siyasətin xalqımıza nə qədər böyük inkişaf imkanları yaratması haqqında gələcəkdə də çox danışılacaq.

 

Bu gün Prezident İlham Əliyev bütün sahələrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirir. O cümlədən, mədəniyyət sahəsində də Heydər Əliyev siyasəti ardıcıllıqla həyata keçirilir. Bu gün Azərbaycan öz mədəni, mənəvi dəyərləri ilə uğurla inteqrasiya olunur, dünya birliyində layiqincə təmsil olunur. Siz yeni dövrdə Azərbaycanın mədəniyyət sahəsində qazandığı nailiyyətlər haqqında nə deyə bilərsiniz?

– Təbii ki, hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Qeyd etdiyim kimi, Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 1970-80-ci illərində respublikaya rəhbərliyi dövründə bir çox sahələrdə gələcək inkişafın möhkəm əsasları yaradılıb, bu illərdə mədəniyyətimiz özünün intibah dövrünü yaşayıb. Mədəniyyətimizin böyük himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə diqqət və qayğısını əsirgəməyib. Ümummilli liderimiz Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi.

2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildir ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin yüksəldilməsi ilə müşayiət olunub. Bu dövrdə iqtisadi inkişaf tempinin sürətlə artması, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sektorunun da inkişafına, bu sahədə uzunmüddətli proqramlara zəmin yaratdı.

Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi və milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunub. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri də mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət, bu sahələrlə bağlı imzalanan fərman və sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin olub.

Eyni zamanda yaradıcı insanlara dövlət qayğısı hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yeni bir üslubdaformada davam edir. Çünki hər bir yeni üslub vaxta və dövrə uyğun bir dəyişikliyə məruz qalmalıdır. Amma bu siyasət davam etməkdədir. Cənab Prezident tərəfindən yaradıcı insanlara göstərilən dəstək onu sübut edir ki, Heydər Əliyev siyasəti bu gün yaşayır və uğurla həyata keçirilir.

 

– Əbülfəs müəllim, bu gün Heydər Əliyevin zəngin irsiböyük ideyaları respublikamızda dərindən öyrənilir və təbliğ olunur. Bu prosesdə Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri və rolu xüsusi vurğulanmalıdır. Bu barədə də fikirlərinizi bilmək istərdik...

Bu gün Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev irsinə çox böyük həssaslıqla, hörmətlə yanaşılır və Ulu öndərimizin zəngin irsi geniş şəkildə təbliğ olunur. Bu gün xüsusilə gənc nəslimiz üçün Heydər Əliyevin ideyalarının, zəngin irsinin aşılanması vacib amildirFond bu vəzifəni uğurla yerinə yetirir.

Eyni zamanda Heydər Əliyev Fondu bu gün Azərbaycanın mədəniyyətinin, təhsilinin, sosial sahənin aparıcı qüvvəsi kimi çıxış edir. Fondun rəhbəri Mehriban xanım Əliyeva eyni zamanda ölkəmizin Birinci vitse-prezidentidir. Təcrübə göstərdi ki, son illər onun rəhbərlik etdiyi layihələr nə qədər böyük uğurla həyata keçirilirdünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Əsas odur ki, bütün bunları xalqımız yüksək qiymətləndirir. Azərbaycan xalqı Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini əyani olaraq görür, öz həyatında hiss edir və düşünürəm ki, bu da çox vacib bir amildir. Xalqımız bu gün Heydər Əliyev Fondunaonun rəhbəri Mehriban xanım Əliyevaya göstərdiyi münasibət vasitəsilə Ulu öndər Heydər Əliyevin adını daim öz yaddaşında uca saxlayır, onu dərin ehtiramla yad edir və Heydər Əliyevin obrazı bu gün müasir dövrdə məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond vasitəsilə yaşamaqda, inkişafda və cəmiyyətin həyatında iştiraka davam etməkdədir.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.5.