İnternet folkloru, yoxsa internetdə folklor

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin İnternet folkloru, yoxsa internetdə folklor: yanaşmalar, problemlər perspektivlər mövzusunda elmi seminarı keçirilib.

Fakültənin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova qeyd edib ki, son dövrlərdə dünya folklorşünaslıq elminin istiqamətlərindən birini internet mühitində meydana gələn folklor faktlarının öyrənilməsi təşkil edir. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş yayılması fonunda xalq yaradıcılığının yeni mühitə transformasiya olunduğunu deyən alim bu faktların öyrənilməsinin zəruriliyini qeyd edib.

Sonra məruzə ilə çıxış edən Hikmət Quliyev bildirib ki, İKT-nin inkişafı, internetin interaktiv müzakirə imkanlarının meydana gəlməsi xalq yaradıcılığı üçün yeni bir platformanın ortaya çıxmasına zəmin yaradıb. Sosial şəbəkələrin folklor yaradıcılığı üçün əlverişli mühitə çevrildiyini söyləyən məruzəçi bu proseslərin getdikcə daha da dərinləşdiyini mədəni yaradıcılıq faktlarının çoxparametrli analizi üçün zəngin material təqdim etdiyini vurğulayıb.

İnternetin rəqəmsal folklor faktlarının saxlanılması, ötürülməsi əlçatan şəkildə yerləşdirilməsi mühiti olmaqla yanaşı, yeni folklor yaradıcılığı mühitinə çevrildiyini söyləyən məruzəçi məsələyə yanaşmada fərqli baxışların olduğunu diqqətə çatdırıb, problemlə bağlı dünyanın görkəmli folklorşünaslarının yanaşmalarını təhlil edib.

Məruzəçi dünyanın ölkənin gündəmində olan, ictimai rəyin diqqətini cəlb edən ən müxtəlif hadisələrin sürətli şəkildə folklorlaşdığını qeyd edərək bildirib ki, bu faktlar ənənəvi qəlib sxemlər, həmçinin kollektiv düşüncə rəy əsasında qurulduğundan onların folklor faktı kimi tanınması ötürülməsi prosesi sürətlə baş verir.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.6.