Xalq teatrlarına dair yeni metodiki vəsaitlər

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən indiyədək müxtəlif mövzularda 100-dək metodiki vəsait hazırlanıb.

Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış növbəti nəşrlər Xalq teatrında səhnə tərtibatı və geyimlər və Xalq teatrları və özfəaliyyət dram dərnəklərinin repertuar seçimi adlı metodiki vəsaitlər işıq üzü görüb.

Metodiki vəsaitlərin yazılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən həvəskar teatr kollektivlərinin, tamaşaçıların zövqünü oxşayan, onları maraqlandıran, düşündürən, kollektivin imkanlarına uyğun keyfiyyətli tamaşalar hazırlamağına yardımçı olmaqdır.

Teatr-dekor sənəti, yeni dekorasiya, qrim, uğurlu və maraqlı repertuarın seçilməsi teatrın inkişafı üçün önəmli şərtlərdir. Vəsaitlər mədəniyyət müəssisələri, mədəniyyət və incəsənət işçiləri, eyni zamanda teatrsevər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İndiyədək nəşr olunan metodiki vəsaitlərlə mərkəzin saytında (memm.az) tanış olmaq olar.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.6.