Çölçü filminin yeni uğuru

Near Nazareth Festival 2019un (İsrail) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti rejissor Şamil Əliyevin Çölçü filmini Ən yaxşı bədii film mükafatının qalibi elan edib. Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu rejissoruna təqdim olunub.

Festival 2-5 dekabr tarixində keçirilib. Çölçü filmi dekabrın 3-də İsrailin Afula şəhərində tamaşaçılara təqdim olunub.

2012-ci ildə Azərbaycanfilm kinostudiyasında istehsal olunan Çölçü indiyədək 50-dən artıq festivalda iştirak edərək 30-dan çox mükafata layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rolları Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Salome Demuriya, Cavidan Məmmədov və başqaları oynayıb.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.8.