Azərbaycan-Kolumbiya diplomatik münasibətlərinin 25 illiyi qeyd edilib

 

 

Dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Kolumbiya Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş mərasim keçirilib.

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas çıxış edərək ölkələrimiz arasında dostluq əlaqələrini yüksək qiymətləndirib, diplomatik münasibətlərimizin tarixindən bəhs edib.

Tədbirdə “Bakuba Bandmusiqi qrupunun müşayiəti ilə Kolumbiya mədəniyyətinə xas olanCurrulao del Pacifico”, “Sanjuanero”, “Cumbia”, “Salsa” rəqsləri ifa olunub, “La Chimbamusiqi qrupu tərəfindən mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.8.