“Sumqayıt uşaqların gözü ilə”

 

Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt uşaqların gözü ilə” adlı rəsm sərgi-müsabiqəsi təşkil edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən sərgidə Ə.Bakıxanov adına Uşaq incəsənət məktəbinin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş əl işləri təqdim olunub.

Əvvəlcə muzeyin elmi işçilərinin mövzu ilə əlaqədar çıxışları dinlənilib. Sonra müsabiqənin nəticələrinə görə I, II və III yerin qalibləri, o cümlədən həvəsləndirici yerlərin sahibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.4.