Müəllifin ilk kitabı

Elm və təhsil nəşriyyatında İlham çeşməsi qəzetinin redaktor müavini Səbahət Lənkəranlının Əllərin yetməyən bir mələyəm mən adlı şeirlər kitabı çapdan çıxıb.

Müəllifin ilk kitabında Eşqin zirvəsi, Apardı, Ağlımı başımdan almısan, Anama, Bakı, Belə yaranmışam, Bir cənnətdir mənim bağçam, Dağlara, dağlaras. şeirləri toplanıb. Poetik bir dillə hiss və duyğuların dilə gətirildiyi şeirlərdə yurdsevərlik, milli-mənəvi dəyərlərə bağlılıq, xeyirxahlıq və nəcib duyğuların tərənnümü könül oxşayır. Əminik ki, kitabla tanışlıq oxucularda da xoş təəssürat yaradacaq.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.7.