Ekrandatablolarda yaşayan sənətkar ömrü

Görkəmli kino rəssamı, rəngkar Kamil Nəcəfzadənin 90 illiyi qeyd edildi

 

Dekabrın 19-da Nizami Kino Mərkəzində Xalq rəssamı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Kamil Nəcəfzadənin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, yazıçı-publisist Orxan Fikrətoğlu qeyd etdi ki, Azərbaycan kino, teatr və rəngkarlıq sənətinin istedadlı nümayəndələri sırasında görkəmli rəssam Kamil Nəcəfzadə layiqli yer tutur. O, ömrünün 60 ilə yaxın bir dövrünü rəssamlıq sənətinə həsr edib.

Xalq rəssamı Rafiq Nəsirov qeyd etdi ki, Kamil Nəcəfzadə, rəngkarlıq, qrafika sahəsində zəngin yaradıcılığı ilə yanaşı, kinoteatr rəssamlığına da böyük töhfələr verib. Rəssamın əsərləri ABŞ, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya, Fransa, Kanadabaşqa ölkələrin muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Həmin ölkələrin bir neçəsində rəssamın fərdi sərgilərinin keçirilməsi Azərbaycan təsviri sənətinin nailiyyətidir.

Xalq rəssamı Rafiz İsmayılov, kinorejissor, Xalq artisti Eldar Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Kamil Nəcəfzadənin mənalı həyat yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından söz açdılar.

Tədbirdə sənətkarın Köhnə şəhər, Qara daşlar, Abşeronda səhər, Axşam rəsm əsərləri, Uzaq sahillərdə, Əsas müsahibə, Bir cənub şəhərində, Mən ki gözəl deyildim, Sən niyə susursan? və digər filmlərə çəkdiyi eskizləri ekrandan nümayiş olundu.

Qeyd edək ki, Kamil Nəcəfzadə 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilini tamamladıqdan sonra Azərbaycanfilm kinostudiyasında rəssam kimi çalışıb. 40-dan çox ekran əsərində quruluşçu rəssam olub. Həmçinin H.Cavidin Knyaz, S.Vurğunun Fərhad və Şirins. əsərlərin tamaşalarına səhnə tərtibatı verib. Görkəmli rəssam 2011-ci ildə vəfat edib.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.1.