Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş ekspozisiyanın açılışı

 

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində böyük dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş ekspozisiya təşkil edilib. Cəfər Cabbarlının yubileyi haqqında ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı tədbirlər planı əsasında yaradılan ekspozisiya dekabrın 20-də açılacaq.

Yenilənən ekspozisiya sahəsində müasir, interaktiv, rəqəmsal bədii tərtibat işləri həyata keçirilib. Burada ədibə məxsus şəxsi əşyalar, onun həyat və yaradıcılığına aid eksponatlar, əsərlərinin səhnə təcəssümünü əks etdirən dekorasiyageyim eskizləri, əlyazmalar, fotolar, tamaşalardan və filmlərdən fraqmentlər virtual olaraq sərgilənəcək. Təqdim olunan materiallarda Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, musiqisinə verdiyi töhfələr, onun ictimai fəaliyyəti tam əhatə olunur.

Tədbir çərçivəsində dramaturqun adını daşıyan Azərbaycan Dövlət Teatr Muzeyinin 85 illik yubileyiqeyd olunacaq. Muzey 1934-cü ildə yaradılıb. Hazırda onun fondunda 137 mindən artıq eksponat qorunur.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.2.