Milli musiqi alətlərimiz milli sərvətimizdir

 

 

Dekabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik FilarmoniyasındaGənclərə dəstəklayihəsi çərçivəsindəMilli musiqi alətlərimiz milli sərvətimizdiradlı konsert keçirilib.

Konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, respublika beynəlxalq müsabiqələr laureatları Əfqan İsmayılov, Sənan Hacılı, Ramin Arzumanlı, Rəşid Ağayev (tar), Fərid Nağıyev (qarmon), Mahir Hacıyev (kamança) çıxış edib.

Proqramda NiyazininArzu”, Oqtay KazımininMəhəbbət”, Vasif AdıgözəlovunQərənfil”, Hacı XanməmmədovunYenə o bağ olaydımahnıları s. səsləndirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Gənclərə dəstək” layihəsi üzrə konsertlərdə mütəmadi olaraq Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələr laureatları iştirak edirlər. Həmçinin gənc bəstəkarların yaratdıqları əsərlər – pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi səslənir.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.3.