Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin sifarişi ilə ədibin Ölən dünyam romanı rus dilində ( ) işıq üzü görüb. Roman yazıçının həyatının son illərində, özünün yüksəldiyi mənəvi-intellektual mövqedə dünyayainsana münasibətinin ədəbi-fəlsəfi təzahürüdür.

Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Mirəli Mirqasımovun həyat və yaradıcılığından bəhs edən kitabın nəşri də başa çatdırılıb. Kitabda heykəltəraşın həyat yoldaşı Gültəkin xanım Mirqasımovanın xatirələri sayəsində böyük sənətkar haqqında bilinməyən səhifələr açılıb.

Nazirliyin dəstəyi ilə musiqişünas, pedaqoq Kəmalə Cahangirovanın Qanun məktəbi. Qanun partiyası adlı dərslik işıq üzü görüb. Dərslikdə qanun alətinin yaranması, tarixi inkişafı və təkamülündən bəhs olunur. Həmçinin dərslikdə bu musiqi alətində çalğının əsas qayda və üsulları, metodiki göstərişlər, melizmlər, ştrixlər, templər, alterasiyadinamik işarələr, not, xana ölçüləri haqqında geniş məlumat verilib.

Şərq-Qərb nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitablar nazirliyin tabeliyində olan kütləvi kitabxanalara, musiqi məktəblərinə paylanılacaq.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.7.