Zalsburq festivalında mətbəximiz təqdim olunub

Avstriyanın Zalsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirilib. Festivalda müxtəlif xalqların diaspor nümayəndələri öz milli mətbəxlərinin nümunələrini nümayiş etdiriblər.

Avstriya Azərbaycanlılar Cəmiyyəti festivalda mətbəximizin təamlarını, o cümlədən Şah plovu təqdim edib.

Cəmiyyətin rəhbəri Fərid Əzizov bu tədbirə ciddi hazırlaşdıqlarını deyib. Onun sözlərinə görə, təqdim olunan nemətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şah plovu dadan tədbir iştirakçıları onu digər qonaqlara da tövsiyə ediblər.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.8.