“Nəsimi ili”ndə yeni nəşrlərin təqdimatı keçirildi

 

Dekabrın 24-də Azərbaycan Milli Kitabxanasında “Nəsimi ili” çərçivəsində ərsəyə gəlmiş yeni nəşrlərin təqdimatı keçirildi. Tədbirdə yazıçı-publisist Hüseynbala Mirələmovun şairin yubileyinə həsr olunmuşSon səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi – 650” elektron məlumat bazası təqdim olundu.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq qeyd etdi ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ilielan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizlə yanaşı, xarici ölkələrdə də silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilirşairin yaradıcılığına yenidən nəzər salınır.

Direktor bildirdi ki, Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində Nəsiminin müxtəlif ölkələrdən 30-a yaxın əlyazmasının surəti Azərbaycana gətirilib və bu istiqamətdə işlər davam etdirilir. Təqdim edilən biblioqrafiyaelektron toplu da dahi şairin yubileyinə töhfədir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd etdi ki, bu gün ölkə başçısının uğurlu daxilixarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasında yer alır. Nazir 2019-cu ilin “Nəsimi ilielan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirdi.

Əbülfəs Qarayev ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini diqqətə çatdırdı. Bildirdi ki, 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd olunub. Ümummilli liderin təşəbbüsü ilə Bakıda böyük şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib, Elmlər Akademiyasının Dilçilik İnstitutuna, paytaxtın rayonuna şairin adı verilib, əsərləri kütləvi tirajla çap olunub, yaradıcılığı tədqiq edilib. Müstəqillik dövründə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayıb.

Sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan qısa film nümayiş etdirildi.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirdi ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti xüsusi yer tutur. Nəşr Nəsimi ilə bağlı yeni tarixi mərhələnin bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Əsərdə H.Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması cəsarətli addım hesab olunmalıdır. Əsərdə Nəsimi sevgisi və nifrəti ilə zəngin mənəviyyata malik sadə və müdrik bir insan kimi oxuculara təqdim olunub. Yazıçı Nəsiminin həyat və fəaliyyətinin hürufilik mücahidliyi dövrünü deyil, sadə və kamil insan həyatı yaşadığı mərhələsini qələmə alıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Hüseynbala Mirələmovun yazıçı dilini onun bədii təfəkkürünün zənginliyinin təbii göstəricisi kimi qiymətləndirdi. Yazıçını müasir Azərbaycan ədəbiyyatının ən məhsuldar simalarından biri kimi səciyyələndirən akademik onun nəsr, dramaturgiya və publisistikasında qaldırılan sosial-mənəvi problemlərin yalnız Azərbaycanda deyil, əsərlərinin tərcümə olunub yayıldığı ölkələrdə də böyük maraq doğurduğunu, Azərbaycan ədəbiyyatı, ədəbi-ictimai təfəkkürünün səviyyəsi barədə aydın təsəvvür yaratdığını vurğuladı.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev bildirdi ki, Hüseynbala Mirələmovun yaradıcılığının əsas qayəsini bu günün insanı, onun düşdüyü mürəkkəb sosial-psixoloji vəziyyətlər və ondan optimal çıxış yollarının axtarılıb tapılması təşkil edir. Onun yaradıcılığının mühüm xüsusiyyətləri humanizmi və mütəfəkkir məsuliyyətidir. O, ən mənfi qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür və qiymətləndirir.

Milli Məclisin deputatları Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Salidə Şərifova, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professor Rüstəm Kamal çıxış edərək İmadəddin Nəsiminin ölməz irsindən söz açdılar.

Povestin müəllifi Hüseynbala Mirələmov tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Milli Kitabxananın Elektron kitabxananın inkişafı şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edildi.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.1;2.