“Uğurlarımızla 2020-yə”

 

 

Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin dəstəyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi-tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Layihənin rəhbəri Elnurə İsgəndərova Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Tədbir təşkilatçılarından Aygün İsgəndərova bu il gənc rəssamların əsərlərindən ibarət 30-dan artıq sərginin keçirildiyini bildirib.

Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz belə tədbirlərin gənc rəssamların inkişafına müsbət təsir etdiyini bildirib.

Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qalib Əzizov həyata keçirdikləri layihələrdən bəhs edib.

Sərgidə 150 rəssamın 200-dək əsəri nümayiş olunub. İl ərzində fərqlənmiş gənc rəssamlar İctimai Birlik tərəfindən diplommükafatlarla təltif olunub.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.2.