Bəstəkarımızın əsəri Almaniyada səslənib

 

 

 

Almaniyanın Essen şəhərinin aparıcı konsert salonlarından olanEssen-Rellinghousenda kamera musiqisi konsertləri təqdim olunub.

Konsertlər çərçivəsində Essen şəhərində ali musiqi təhsili alan istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasovun solo kontrabas üçünMünacat 1” əsərini ifa edib.

Konsertlərdə həmçinin Bax, Haydn, Brams, Şuman, Şubert, MalerŞostakoviç kimi dünya klassiklərinin də kamera-instrumental əsərləri səsləndirilib.

Qeyd edək ki, C.AbbasovunMünacat 1” əsəri İtaliya, Fransa, Cənubi Koreya, Rusiya, Gürcüstanbaşqa xarici ölkələrdə dəfələrlə ifa olunub.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.3.