Azərbaycan vokalçıları festivalı rəngarəng proqramla yadda qaldı

Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan vokalçıları festivalı (17-24 dekabr) çərçivəsində bir-birindən maraqlı proqramlar təqdim edildi.

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə səhnə gənc vokalçıların ixtiyarına verilmişdi. Proqramda Asəf Zeynallı adına Musiqi Kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5-li Respublika xüsusi internat məktəbinin tələbə və şagirdləri çıxış etdilər.

Konsertdə Azərbaycan, Avroparus klassik vokal nümunələri səsləndirildi. M.Maqomayev, Ü.Hacıbəyli, F.Əmirov, T.Quliyev, P.Bulaxov, V.A.Motsart kimi bəstəkarların mövzu baxımından bir-birindən fərqli əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzində keçirilən daha bir konsertdə Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xor kollektivi (bədii rəhbər Şəhla Ələkbərova) çıxış etdi.

Tamaşaçılar xorun ifasında Üzeyir Hacıbəylinin Səməd Vurğunun sözlərinə yazdığı Ey Vətən, Səid Rüstəmovun Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi Alagöz, xalq mahnısı Qoy yarım gəlsin, Frans Şubertin Ave Mariya, musiqisi Cahangir Cahangirovun, sözləri Ənvər Əlibəylinin olan Xəzər, A.Zeynallının Ölkəm (sözləri C.Cabbarlı) və digər xor üçün yazılmış əsərləri dinlədilər. Konsertdə xorla bərabər solistlər Səidə Manafova, Orxan Nur, Pərviz Verdiyev, Aynur İsgəndərli və xorun birgə çıxışı oldu.

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi məktəbləri şagirdlərinin konserti olub. Paytaxtın C.Hacıyev adına 3 nömrəli, Ə.Bakıxanov adına 6, Tofiq Quliyev adına 12, Rostropoviçlər adına 21, M.Maqomayev adına 26 və G.Şaroyev adına 35 nömrəli musiqi məktəblərinin şagirdləri öz ifalarını təqdim ediblər.

Həmin gün festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı solistlərinin möhtəşəm konserti keçirilib. Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi orkestr elə ilk dəqiqələrdən zalda xüsusi atmosfer yarada bilib. Konsertdən öncə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, festivalın bədii rəhbəri, Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış ediblər. Təqdim olunan proqramda Azərbaycan operaoperetta incilərinin parlaq nümunələri yer alıb.

Dekabrın 23-də festival Akademik Opera Balet Teatrında davam edib. Konsertdə Azərbaycan Televiziyası Radiosunun Niyazi adına Simfonik Orkestrinin (bədii rəhbər baş dirijor Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov) müşayiəti ilə teatrın aparıcı solistlərinin ifaları təqdim olunub.

Azərbaycan vokalçıları festivalının təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində keçirilib. Mərasimdə Azərbaycan vokal sənəti ulduzlarının ifasında Azərbaycan dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.1;3.