Teatrşünas Məmmədşah Atayevin xatirəsi anılıb

 

Teatr sənətimizin öyrənilməsi və təbliğində mühüm xidmətləri olmuş tanınmış alim Məmmədşah Atayevin 80 illiyi münasibətilə dekabrın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) anım tədbiri keçirilib.

ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək teatrşünas alimin həyat və fəaliyyətindən söz açıb.

Bildirib ki, 1939-cu il dekabrın 20-də anadan olan Məmmədşah Atayev 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Filologiya fakültəsini bitirib. O, Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri işləyib və özünün şəxsi təşəbbüsü ilə təşkil etdiyi arxiv-muzeyə rəhbərlik edib. “Cəlil Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda dissertasiya müdafiə edən M.Atayev bu mövzuda monoqrafiyanın, 100-dək məqalənin müəllifidir. İkicildlikAkademik Milli Dram Teatrının fotosalnaməsi”ni toplayaraq tərtib edib.

Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov və digər şəxslər çıxış edərək alimin xidmətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.4.