Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illiyi qeyd olundu

Dekabrın 20-də Yasamal rayon Heydər Əliyev Mərkəzində bu mədəniyyət ocağının 10 illiyinə həsr olunmuş tədbir keçirildi.

Mərkəzin direktoru Naminə Ömərova tədbiri giriş sözü ilə açaraq fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mərkəzin açılışı Prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşib: Mərkəzimizdə ötən illər ərzində ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunan eləcə dövlət quruculuğu, Azərbaycanın inkişafı, ölkəmizdə beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularla bağlı dəyirmi masalar, konfranslar, seminarlar digər tədbirlər keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin adının Azərbaycan tarixində əvəzolunmaz şəxsiyyət kimi qaldığını bildirdi: Ümummilli liderin fəaliyyəti hər zaman inkişafla, yeniliklərlə bağlı olub. Onun adını daşıyan bu mərkəz həm indiki, həm gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb edir. Artıq 10 ildir ki, fəaliyyət göstərən Yasamal rayon Heydər Əliyev Mərkəzi bu illər ərzində dahi siyasətçinin irsinin təbliği sahəsində mühüm xidmətlər göstərib.

Nazir dedi ki, Heydər Əliyev mərkəzlərinin işinin müasir tələblərə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması yeniliklərin tətbiq edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən informasiya portalı (http://heydaraliyev-centers.az) istifadəyə verilib. Heydər Əliyev mərkəzlərində keçirilən tədbirlərin operativ şəkildə ictimaiyyətə təqdim edilməsində bu portalın əhəmiyyəti böyükdür.

Əbülfəs Qarayev Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illik yubileyi ilə bağlı mərkəzin kollektivini təbrik etdi, yeni uğurlar arzuladı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, tərtib edilən tematik təqvim proqramına əsasən ali orta təhsil müəssisələrinin tələbələri şagirdlərinin mərkəzə ekskursiyaları təşkil edilir. Mərkəzdə gənc yeniyetmələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir, şeir, rəsm, inşa müsabiqələri sərgilər təşkil olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov mərkəzlə birgə seminarlar, elmi-praktik konfranslar, elm xadimlərinin yubiley tədbirləri keçirdiklərini bildirdi. Vurğulandı ki, mərkəzin kitab fondunun zənginləşdirilməsində AMEA-nın Fəlsəfə İnstitutu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlıq edilir.

Daha sonra muzeyin 10 illik fəaliyyətini əks etdirən videoslayd nümayiş olundu.

Tədbirin sonunda mərkəzlə əməkdaşlığa görə ən fəal 10 müəssisənin rəhbərlərinə mükafat təqdim edildi.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.4.