Dərbənd Azərbaycan teatrında “Vəfalı Səriyyə”

 

 

 

Dərbənd Azərbaycan Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında hazırlanmış “Vəfalı Səriyyə” tamaşası təqdim edilib. Tamaşaya Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev quruluş verib.

Təqdimatdan əvvəl çıxış edən teatrın rəhbəri Firdovsi Əsgərov qeyd edib ki, tamaşada gənc aktyorlar oynayır. O, əsər haqqında məlumat verərək bildirib ki, 1915-ci ildə yazılmış pyesdə cəmiyyətdəki qeyri-bərabərlikdən bəhs edilir, qadınların hüquqlarının qorunması problemi önə çəkilir.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.2.