Çimnaz Məmməd qızı Babayeva

 

 

 

Azərbaycan xoreoqrafiya sənətinə ağır itki üz vermişdir. Xalq artisti, bənzərsiz balet ustası, respublika Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva  2019-cu il dekabrın 23-də 73 yaşında vəfat etmişdir.

Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının truppasına qəbul edilmiş və Azərbaycanın balet ustalarından biri kimi tanınmışdır. Görkəmli sənətçi teatrın səhnəsində bir çox milliklassik balet tamaşalarında unudulmaz  obrazlar yaratmışdır. O öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.QarayevinYeddi gözəl”ində Aişə, “İldırımlı yollarlada Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastanda Nəsiminin sevgilisi, L.MinkusunDon Kixot” baletində Kitribaşqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır.

Ustad sənətkar həm də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərmiş. Teatrda gənc balet artistlərinin yetişdirilməsində onun zəhməti əvəzsizdir.

Çimnaz Babayeva öz quruluşlarında da klassik xoreoqrafiya və Azərbaycan milli rəqs sənətinin sintezinə nail olmuş, baletlərə yüksək professionallıqla quruluş vermişdir. O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir.

Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırxillik fəaliyyəti dövründə bir çox fəxri adlara və yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastanbaletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülmüşdür. 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Görkəmli sənətkar, balet ustası Çimnaz Məmməd qızı Babayevanın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.6.